Müharibə avtomobil bazarına da təsir edib
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaxın Şərqdə gərginləşən siyasi və hərbi vəziyyət avtomobil bazarına da təsir edib.
Banco.az xəbər verir ki, Azərbaycana idxal olunan avtomobillərdə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə də Dubay şəhəri müəyyən qədər rol oynayır.
Lakin regionda baş verən son hadisələr daşıma prosesini çətinləşdirib. Bu isə birbaşa xərclərə təsir edən amildir.
Ekspertlər bildirirlər ki, nəqliyyat zəncirindəki qırılmalar qiymət artımını sürətləndirə bilər.
Yəni alternativ bazarların olması qiymət manipulyasiyasının qarşısını alır. Azərbaycan istehlakçısı üçün seçim imkanı genişdir. Əgər bir istiqamət əlverişsiz olursa, bazar dərhal yeni marşrutlara və ya istehsalçı ölkələrə yönəlir.
Beləliklə, Dubaydan gətirilən avtomobillərin logistika xərcləri artsa da, bu, bazarda kəskin bahalaşma yaratmaya bilər. Bu halda alıcıların daha sərfəli alternativlərə – Amerika və Çin bazarlarından gətirilən avtomobillərə yönələcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 06 Mart 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















