Müharibə başlayandan bəri Ukraynaya ayrılan məbləğ açıqlandı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Qərb ölkələri və beynəlxalq təşkilatlar 2022-ci ilin fevral ayından 2025-ci ilin dekabr ayına qədər Ukraynanın büdcəsinin maliyyələşdirilməsinə 168 milyard dollar ayırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, ən böyük məbləğ (56,9 milyard dollar) Avropa İttifaqı (Aİ) tərəfindən ayrılıb.
30,2 milyard dollar ABŞ-nin və 13,3 milyard dollar isə Beynəlxalq Valyuta Fondunun (BVF) payına düşüb.
Maliyyə Nazirliyinin məlumatına görə, Ukraynanın ən böyük beş donoru sırasına Yaponiya (9 milyard dollar) və Dünya Bankı (6 milyard dollar) da daxildir.
Digər əsas donorlar arasında Kanada (5,4 milyard dollar), Böyük Britaniya (3 milyard dollar) və Almaniyanın (1,7 milyard dollar) da adı var.
Digər tərəfdən, Rusiyanın Qərbdəki dondurulmuş maliyyə aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş G7 krediti 2025-ci ildə Ukrayna üçün büdcə maliyyələşdirməsinin vacib mənbəyinə çevrilib. Agentliyin məlumatına görə, Kiyev bu sxem çərçivəsində 38,9 milyard dollar alıb.
Qeyd edək ki, yanvarın 14-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ-nin Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən 3,7 milyard avro gəlir də daxil olmaqla, 193,3 milyard avro xərclədiyini açıqlayıb. O qeyd edib ki, Aİ 2026-2027-ci illərdə Ukraynaya əlavə 90 milyard avro xərcləyəcək və bu vəsait Aİ ölkələri tərəfindən maliyyə bazarlarına pan-Avropa kreditinin yerləşdirilməsi yolu ilə toplanacaq.
Bu mövzuda digər xəbərlər:ABŞ müharibə başlayandan bəri Ukraynaya 182,99 milyard dollar ayırıb AZƏRTAC
16 Noyabr 2024 11:45
Müharibə başlayandan bəri Avropa İttifaqı Ukraynaya 178 milyard avro ayırıb
21 Oktyabr 2025 23:16
İranda müharibə başlayandan bəri ölənlərin sayı açıqlandı
13 Mart 2026 16:33
Müharibə başlayandan Avropa Ukraynaya bu qədər yardım ayırıb
09 Fevral 2025 20:01
İranla müharibə başlayandan bəri yenidən görüşəcəklər
05 İyul 2026 20:06
Baxış sayı:153
Bu xəbər 05 Fevral 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















