Icma.az
close
up
RU
Müharibə başlayır? Tramp İranın qərarını elan etdi

Müharibə başlayır? Tramp İranın qərarını elan etdi

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda Ağ Evdən mühüm bəyanat gəlib. ABŞ rəsmiləri İranın dünən həyata keçirməyi planlaşdırdığı 800 edam hökmünü dayandırdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana hərbi zərbə endirib-endirməyəcəyi bütün dünyanın diqqət mərkəzindədir. Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, Tramp administrasiyasının sərt xəbərdarlıqlarından sonra Tehran geri addım atmağa başlayıb.

Ağ Evin sözçüsü bildirib ki, Prezident Tramp etirazçıların öldürülməsinə davam ediləcəyi təqdirdə bunun İran rejimi üçün çox ağır nəticələri olacağını bəyan edib. İrandan Vaşinqtona daxil olan məlumata görə, bu təhdidlərdən sonra dünən icrası nəzərdə tutulan 800 edam qərarı dondurulub. Lakin Livitt vurğulayıb ki, buna baxmayaraq, "bütün hərbi və siyasi variantlar hələ də masadadır" və ABŞ vəziyyəti anbaan izləyir.

Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildə iqtisadi çətinliklər və milli valyutanın dəyər itirməsi səbəbindən başlayan etirazlar qısa müddətdə ölkəyə yayılıb. 2 615 nəfər ölüb, 18 470 nəfər isə həbs olunub.

Analitiklər qeyd edirlər ki, 800 nəfərin edamının dayandırılması Trampın "maksimum təzyiq" siyasətinin nəticəsidir. Bununla belə, Ağ Ev hərbi müdaxilə planlarının gizli saxlanıldığını və yalnız çox dar bir çevrənin bundan xəbərdar olduğunu bildirib. Hazırda İranda küçə nümayişlərinin qismən sakitləşdiyi müşahidə olunur, lakin iqtisadi böhran və siyasi qeyri-müəyyənlik davam edir.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2026 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri