Icma.az
close
up
RU
Müharibə bitmir, forma dəyişir: İran sistem böhranına sürüklənir

Müharibə bitmir, forma dəyişir: İran sistem böhranına sürüklənir

Icma.az bildirir, Olke.az portalına istinadən.

Yaxın Şərqin əsəbləri tarıma çəkilən yeni mərhələsi
Hazırkı Yaxın Şərq böhranının ən kritik sualı artıq müharibənin nə vaxt bitəcəyindən daha çox, onun hansı formaya keçəcəyidir. Çünki görünən mənzərə budur: aktiv hərbi faza yaxın həftələrdə zəifləyə bilər, amma böhranın özü daha təhlükəli və uzunmüddətli mərhələyə daxil olur.

Donald Trumpın son ritorikası bunu açıq göstərir. Bir tərəfdən o, əməliyyatların “2–3 həftəyə” yekunlaşa biləcəyini bildirir, digər tərəfdən isə “biz hələ başlamamışıq” mesajı ilə körpülərdən sonra elektrik stansiyalarının vurulacağını açıq elan edir. Bu, Vaşinqtonun paralel şəkildə həm hərbi təzyiqi, həm də Tehranı siyasi razılaşmaya məcbur etmək üçün psixoloji basqını maksimum həddə çatdırdığını göstərir. 

Körpülər, enerji xətləri, elektrik stansiyaları, su və logistika qovşaqları…
Bu artıq adi hərbi faza deyil. Bu, dövlətin gündəlik həyat ritmini sındırmağa hesablanmış strateji təzyiq mərhələsidir.
Kərəc istiqamətində B1 körpüsünün vurulması artıq müharibənin yeni fazaya keçdiyinin ilk açıq siqnalı oldu. İranın ən böyük körpüsünün dağıdılması sırf taktiki hərbi nəticədən daha böyük mənaya malikdir. Körpü sadəcə beton konstruksiya deyil, ölkənin logistika ritmi, şəhərlərin əlaqəsi, ticarət dövriyyəsi və psixoloji dayanıqlılığının simvoludur. Zərbə məhz bu simvola endirildi. Nəticədə səkkiz nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. 
Bu isə münaqişənin psixoloji radiusunu qat-qat genişləndirir. İnsanlar üçün artıq əsas qorxu raket səsi deyil, işığın sönməsi, suyun kəsilməsi, xəstəxanaların dayanması və şəhərlərin iflic olmasıdır. Müharibə belə məqamlarda təkcə ordu ilə ordu arasında deyil, cəmiyyətin gündəlik həyat ritmi ilə qorxu arasında aparılır.

Məhz buna görə son günlər İranın enerji infrastrukturunda müşahidə olunan kəsintilər artıq ehtimal yox, real sistem riskidir. Enerji obyektlərinin sıradan çıxması sənaye istehsalına, nəqliyyata, maliyyə dövriyyəsinə və hətta daxili ictimai sabitliyə zərbə vurur. Müharibənin iqtisadi nəticələri də məhz bu nöqtədən dərinləşir
Trumpın , “İranı Daş dövrünə qaytaracağıq”, “biz hələ başlamamışıq” mesajı isə göstərir ki, Vaşinqtonun masasında müharibəni qısa müddətdə bitirmək qədər, onu daha dağıdıcı fazaya keçirmək seçimi də qalır. 

Lakin problemin ən təhlükəli tərəfi budur ki, hamı bu böhranın tez bitməsini istəmir.
Region daxilində və xaricində elə güc mərkəzləri var ki, İran böhranının uzanmasından siyasi, enerji, təhlükəsizlik və geosiyasi dividend qazanmağa çalışır. Neft qiymətlərinin yüksəlməsi, Hörmüz boğazı ətrafında qlobal gərginlik, bazarların sarsılması və yeni təhlükəsizlik bloklarının formalaşması bəzi aktorlar üçün böhranı “idarə olunan xaos” modelinə çevirir. 
Məhz buna görə müharibənin coğrafiyasını genişləndirmək cəhdləri də artır. Bölgə ölkələrini bu qarşıdurmanın aktiv iştirakçısına çevirmək üçün müxtəlif təxribat ssenariləri istisna deyil. Hələlik region dövlətləri maksimal səbr nümayiş etdirərək birbaşa hərbi toqquşmadan yayınmağa çalışırlar. Amma görünən odur ki, əsəblər tarım vəziyyətdədir.

Bir yanlış raket, bir sərhəd insidenti, bir enerji obyektinə zərbə  və bütün Yaxın Şərq daha geniş yanğın halqasına çevrilə bilər. Buna görə də aktiv döyüş fazasının yaxın həftələrdə zəifləməsi mümkün görünsə də, böhranın həll olunacağını düşünmək həddindən artıq sadəlöhv yanaşma olar.
Əksinə, ən real ssenari budur ki, İran böhranı Əfqanıstan, İraq, Liviya və Suriya tipli uzunmüddətli geosiyasi düyünə çevrilsin. Aktiv bombardmanlar azalsa belə, onun yerini sanksiyalar, proksi hücumlar, dəniz təhlükəsizliyi böhranı, enerji savaşları və rejim daxilində siyasi silkələnmələr ala bilər. Əslində bu model yeni deyil. İraq, Liviya, Suriya və Yuqoslaviya təcrübələri göstərib ki, infrastruktur hədəfləri vurulduqdan sonra müharibənin hərbi fazası qısa sürsə belə, böhran uzun illər davam edən sosial və psixoloji çöküşə çevrilir. İran üçün də oxşar risk getdikcə artır.

Bu da bölgə ölkələri üçün qeyd edəcəyimiz ciddi riskləri yaradır: uzunmüddətli psixoloji gərginlik; enerji və tranzit marşrutlarında qeyri-müəyyənlik; bazarlarda, iqtisadi sabitlik üçün uzunmüddətli təzyiq,  sərhədlərdə isə gərginlik; cəmiyyətlərdə psixoloji müharibə mühitinin uzanması. 
Ən sərt həqiqət isə budur ki, körpülərin vurulması müharibənin başlanğıc şokudur, elektrik stansiyalarının vurulması isə dövlətin gündəlik həyatının hədəfə alınması deməkdir.
Ən azı yaxın aylarda Yaxın Şərqdə normal psixoloji fonun bərpası çətin görünür. İnsanlar, bazarlar, dövlətlər və ordular “növbəti zərbə haraya olacaq?” sualı ilə yaşayacaq.
Məhz buna görə bugünkü əsas nəticə belədir:

ABŞ–İsrail–İran müharibəsinin hərbi fazası bitə bilər, amma İran böhranı yeni, daha uzun və daha mürəkkəb geosiyasi mərhələyə daxil olur.
Bu mərhələnin adı artıq klassik müharibə yox, uzadılmış strateji gərginlik dövrüdür.
Bu səbəbdən yaxın gələcək üçün ən real ssenari belə görünür ki, aktiv bombardmanlar zəifləsə belə, İran böhranı enerji savaşı, logistika böhranı, proksi hücumlar və psixoloji gərginlik mərhələsinə keçir.

Yəni müharibə xəritədə darala bilər, amma insanların şüurunda, bazarlarda və region dövlətlərinin təhlükəsizlik hesablamalarında daha da genişlənəcək.
İran böhranı məhz bu səbəbdən hərbi savaşdan çıxaraq sistem çöküşü riskinin dominant olduğu yeni mərhələyə keçir. 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Aprel 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri