Müharibə bitsə də, NATO Rusiyanı təhlükə hesab edəcək NATO rəsmisi
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynadakı münaqişə sülh yolu ilə həll olunsa belə, NATO Rusiyanı təhlükə hesab edəcək.
Sitat.info xəbər verir ki, bu fikri NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinə rəhbərlik edən ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviç bildirib.
"Ukraynada qapımızın ağzında müharibə gedir. Hətta sülh yolu ilə həll olunsa belə, Rusiya öz imkanlarını bərpa edə biləcək. Fikrimcə, Rusiya, şübhəsiz ki, təhlükəsizliyə təhdid olaraq qalacaq", - hərbi lider Visbadendəki konfransda çıxışı zamanı deyib. Videonu sosial şəbəkələrdə amerikalı jurnalist Ken Cretzer yayımlayıb.
Qrinkeviç alyansın qeydə aldığı digər “təhdidləri” də sadalayıb. Onun sözlərinə görə, NATO terror aktlarından, münaqişənin eskalasiyasından və Yaxın Şərqdə eskalasiyadan ehtiyat edir. Həmçinin, Çinin Asiya-Sakit Okean regionunda Avro-Atlantik dünyanın təhlükəsizliyinə sistemli şəkildə meydan oxuyur.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 İyul 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















