Icma.az
close
up
RU
Müharibə dayanmayacaq: Nə Rusiya danışıqlara hazırdır, nə də Ukrayna

Müharibə dayanmayacaq: Nə Rusiya danışıqlara hazırdır, nə də Ukrayna

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə keçirilən "Arzuedənlər koalisiyası"nın iclasının yekunları ilə bağlı bildirib ki, ölkəsinin əsas təhlükəsizlik zəmanəti güclü ordudur. Onun sözlərinə görə, görüş iştirakçıları hər bir ölkənin quruda, dənizdə, havada və kiberməkanda təhlükəsizliyin təmin edilməsinə töhfə vermək hazırlığını ətraflı müzakirə ediblər. Mövqelər əlaqələndirilib və gələcək təhlükəsizlik zəmanətlərinin əsas komponentləri nəzərdən keçirilib.

V.Zelenski həmçinin qeyd edib ki, koalisiyanın bütün iştirakçıları başa düşür ki, Rusiya danışıqlar prosesini uzatmağa və müharibəni davam etdirməyə çalışır, buna görə də Ukraynaya dəstəyi gücləndirmək və Moskvaya təzyiqi artırmaq lazımdır.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki, dövlət  başçısının açıqlamasında diqqətçəkən bir neçə məqam var:

"Birincisi, o, ölkəsinin əsas təhlükəsizlik zəmanəti güclü ordu olduğunu deməklə Silahlı Qüvvələrinə, hərbçilərinə inamını ifadə edib. Bu, həm də psixoloji faktordur. Zelenski bu açıqlaması ilə həm də bildirib ki, Avropa dövlətlərinin təhlükəsizlik təminatlarına o qədər də inanmır. Əslində bu, doğru düşüncədir. Çünki üç ildir rəsmi Kiyevi müdafiə edən Avropa hələ heç bir konkret nəticə əldə edə bilməyib. Bu mənada istisna deyil ki, gələcəkdə Ukraynaya təhlükəsizlik təminatı verilsə belə, sabah bu vədlər unudulacaq. Odur ki, Zelenskinin öz ordusuna inanmaqdan başa yolu yoxdur.

Zelenskinin açıqlamasında diqqətçəkən başqa bir məqam onun Rusiyanın danışıqlar prosesini uzatmağa və müharibəni davam etdirməyə çalışması barədə səsləndirdiyi iddiadır. Doğrudur ki, Moskva müharibənin bitməsinə hələ hazır deyil. Amma tərəflər arasında atəşkəsin və yaxud sülhün təmin olunmamasının səbəbi heç də Rusiyanın danışıqlar prosesini uzatması ilə bağlı deyil. Bunun bir neçə səbəbi var. Onlardan biri Avropa ilə ABŞ-nin maraqlarının üst- üstə düşməməsi və atılan addımların bir- birinə əngəl yaratmasıdırsa, digər Kiyev və Moskva arasında konsensusun əldə olunmamasıdır. Başqa sözlə desək, tərəflərdən heç biri kompromisə getmək istəmir. Bu isə o deməkdir ki, nəinki Rusiya, heç Ukraynada indiki şəraitdə danışıqları istəmir. Əvvəl də dediyimiz kimi, Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi faktiki olaraq məğlubiyyət deməkdir. Belə olsa Zelenskinin hakimiyyətdə qalması mümkün olmayacaq. Elə buna görə Kiyev Moskvanın şərtlərinə müqavimət göstərir.

Ukraynaya dəstək və Moskvaya təzyiqə gəldikdə isə bildirmək lazımdır ki, Qərb bu məsələlərdə o qədər də səmimi deyil. Nə Ukraynaya lazımi səviyyədə dəstək, nə də Rusiyaya arzuolunan səviyyədə təzyiq göstərilir. Bunun əsas səbəblərindən biri isə kollektiv Qərb daxilindəki fikir ayrılıqlarıdır.
Sözsüz ki, tətbiq olunan sanksiyaların müəyyən təsiri olur. Amma əvvəlki embarqolar da göstərir ki, bunlar Rusiyanı dayandıra biləcək gücdə deyil. Odur ki, hazırlanmaqda olan 19-cu sanksiyalar paketindən də ciddi nəticə gözləməyə dəyməz".

Politoloq qeyd edib ki, əvvəl də dediyimiz kimi, Şərqi Avropadakı savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Sadəcə olaraq hazırkı şərtlər buna uyğun deyil.

Asya
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri