Icma.az
close
up
RU
MÜHARİBƏ ƏRƏFƏSİNDƏ İŞDƏN QOVULAN NAZİR... Və ya xarici siyasətdə kəkələmə dövrünün “baş memarı”

MÜHARİBƏ ƏRƏFƏSİNDƏ İŞDƏN QOVULAN NAZİR... Və ya xarici siyasətdə kəkələmə dövrünün “baş memarı”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

2019-2020-ci illərdə Azərbaycan hakimiyyətində çox ciddi kadr dəyişiklikləri aparıldı. Prezident Administrasiyasının çoxillik rəhbəri Ramiz Mehdiyev 2019-cu ilin 23 oktyabrında, Xarici İşlər naziri Elmar Məmmədyarov isə növbəti ilin iyulun 16-da vəzifəsindən azad edildi.

Daha bir mühüm hadisə DTX-nın Xarici İşlər Nazirliyində korrupsiya, mənimsəmə cinayətləri ilə bağlı açdığı cinayət işi çərçivəsində keçmiş Baş prokuror, Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Bakıya çağırılaraq həbs edilməsi idi.

Bu hadisədən cəmi bir neçə ay sonra - 27 sentyabrda Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi zəfərlə başa çatan 44 günlük müharibə başladı. Həmin ərəfədə mühüm postlarda kadr dəyişikliyi və xarici siyasət idarəsində aparılan istintaq əməliyyat tədbirləri ilə taleyüklü müharibə qərarı arasında əlaqə axtarmaq məntiqlidir. Ehtimal etmək olar ki, ölkə rəhbərliyi Azərbaycanın daxilində təhlükə yaradan “beşinci kolon”-un ölkənin siyasi qərarlarına, apardığı hərbi əməliyyatlara təsirlərini zəiflətmək üçün hökumətdə “təmizləmə” aparmağa qərar verib. Bu ehtimalı müharibənin birinci həftəsində Rusiyanın Azərbaycandakı əsas “adamlarından” biri hesab olunan Nəcməddin Sadıkovun Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi daha da gücləndirir.

Qeyd olunan olayların ikisi birbaşa eks xarici işlər naziri Elmar Məmmədyarovla birbaşa əlaqəlidir. XİN-də kök salmış korrupsiya yuvasının dağıdılması, çoxillik idarə rəhbərlərinin, çox iddialı səfirin həbsə göndərilməsi və nazirin vəzifədən qovulması... 

Məmmədyarov həmin dövrə qədər artıq çoxdan Prezidentin müəyyənləşdirdiyi xarici siyasətdəki rolunu oynamaqda axsayırdı və danlaq, qınaq hədəfinə çevrilmişdi. Həmin ərəfədə onun övladları - Emin və Riad Məmmədyarovların Nyu-York şəhərində 4.2 milyon dollara iki dəbdəbəli mənzil alması faktı ortaya çıxdı. 

Nazir isə nəinki məlumatı “malalamağa”, yaxud susmağa çalışdı, əksinə, özünəməxsus ötkəmliklə bunu təsdiqlədi: “Bu mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər.

- Azərbaycanda şübhə doğuran o idi ki, nazir olaraq o qədər vəsaiti necə əldə etmişdiniz?

- Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-də işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi?..

- O zaman niyə nazir olmazdan öncə almadınız o mənzili, Elmar müəllim?

- Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar”.

Məmmədyarovun özünün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla şəxsi dostluq münasibətlərinə, hətta biznes şərikliyinə malik olduğu bildirilir. Mətbuatın yazdığına görə, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir. Həmin şirkətlərin illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır.

Təsadüfü deyil ki, bu yaxınlarda Bakıda “Rus evi”nin fəaliyyəti dayadırılarkən Moskvanın “5-ci kolon”-una aid tanınmışlar arasında Məmmədyarovun adı çəkilirdi.

İddialara görə, E.Məmmədyarov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürüb. Lavrovun qızı və kürəkəninin idarə etdiyi şirkətlərdə də keçmiş nazirimizin payı olduğu deyilir.

Məmmədyarov isə mətbuata bildirib ki, ona bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacaq: “Yazırlarsa, deməli əllərində fakt var. Lap yaxşı, qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm”.

Təbii ki, belə şirkətlər iri məmurların öz adına olmur və bu səbəbdən özünü sanki hamıdan ağıllı bilən nazir məhz bu səbəbdən arxayın danışır...

O etiraf edib ki, nazir vəzifəsindən uzaqlaşandan sonra Lavrovla mütəmadi yox, bəzən əlaqələr qurub: "Yazışırdıq. Amma təbii ki, intensiv şəkildə yox. Nazirdir, məşğul adamdır. Mən də "pensioner" adamam. Qızı ilə tanışam, kürəkəni ilə yox".

2020-ci ilin 12 iyunu Azərbaycanın Qərb sərhədləri Tovuz istiqamətində düşmənin hücumuna məruz qalmışdı, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və silahdaşları həlak olmuşdu, ölkədə gərgin siyasi ab-hava hökm sürürdü. Məmmədyarov isə heç nə olmamış kimi “karantin rejiminə əməl edib evdən işləyirdi”. Ölkə başçısı onu efirdə danladı, 4 gün sonra isə vəzifəsindən azad etdi.

Sonralar E.Məmmədyarov mətbuata deyəcəkdi: “Mənim səhvim idi, gərək oturub maşına işə gedərdim. Mənim səhvim idi ki, camaat hamısı işdə idi. Mənə deyən olmadı ki, gərək işdə olasan”.

Elmar Məmmədyarovun istefaya göndərilməsindən dərhal sonra Xarici İşlər Nazirliyində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatlar ictimaiyyətdə şok effekti yaratmışdı. İyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev, iyulun 7-də və 8-də isə onların ifadəsi əsasında nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyev həbs edilmişdi. Onlar dövlət vəsaitlərinin mənimsənilməsi, saxta ezamiyyətlər və sənəd saxtalaşdırmalarda ittiham olunmuşdu.

Bu əməliyyatlar zamanı aşağıdakı hallar ifşa olundu:

-Xarici ölkələrdəki səfirliklərə ayrılan vəsaitlərin “şişirdilmiş hesabatlarla” mənimsənilməsi;

-Ezamiyyətlər üçün ayrılan pulların əslində yerli əməkdaşlar arasında bölüşdürülməsi;

-Şəxsi xərclərin dövlət büdcəsi hesabına ödənilməsi;

-Diplomatik rütbələrin qeyri-qanuni paylanması.

Bu faktlar Elmar Məmmədyarovun rəhbərlik etdiyi 16 illik dövrdə XİN-in daxilində nəzarətsizlik və korrupsiyanın kök saldığını sübut etdi. Maraqlıdır ki, bütün bu illər ərzində o, öz çıxışlarında şəffaflıqdan və beynəlxalq etikadan danışsa da, daxildə idarəetmə baxımından ciddi boşluqlara yol verdi.

Gənclik illərindən SSRİ Xarici işlər Nazirliyində karyerasına başlamış, mühüm diplomatik vəzifələrdə, nəhayət 16 ilə yaxın nazir olmuş Məmmədyarovun korrpusiyaya qurşanması və bərbad idarəçiliyi heyrət doğururdu.

Haşiyə: Elmar Məhərrəm oğlu Məmmədyarov 2 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 1977–1982-ci illərdə Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. Daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aspiranturanı bitirib və beynəlxalq hüquq sahəsində elmi tədqiqatlar aparıb.

Peşəkar diplomatik karyerasına 1982-ci ildə SSRİ Xarici İşlər Nazirliyində başlayıb. 1982–1988-ci illərdə BMT-nin Cenevrə bölməsində SSRİ-nin daimi nümayəndəliyində diplomatik vəzifə daşıyıb. SSRİ dağıldıqdan sonra, 1991-ci ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirib.

1995–1998-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində, daha sonra isə Azərbaycanın NATO və digər beynəlxalq təşkilatlar yanında nümayəndəliklərində çalışıb. 2003-cü ildən etibarən Azərbaycanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

2004-cü ilin aprel ayında Azərbaycanın Xarici İşlər naziri təyin olunub. Bununla da Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının ən uzun müddət vəzifədə olan nazirlərindən birinə çevrildi — ta ki, 2020-ci ilin iyuluna qədər...


Nazirlikdə 16 il: aktivlik yoxsa passivlik dövrü?

Elmar Məmmədyarovun nazirlik dönəmi Azərbaycan diplomatiyasının həm aktiv, həm də tənqid edilən passiv fazalarına şahidlik etdi. O, 2004–2020-ci illərdə yəni 16 il ərzində ölkənin beynəlxalq siyasətində ön sırada olsa da, bu illər ərzində Xarici İşlər Nazirliyinin fəaliyyəti çox zaman “üzən gəmiyə” bənzədilib: öz axarında hərəkət edən, lakin strateji təşəbbüslərlə fərqlənməyən.

2010-cu ilin ortalarından başlayaraq, Azərbaycanın xarici siyasətinə qarşı artan tənqidlər fonunda Elmar Məmmədyarovun fəaliyyəti ciddi suallar doğurmağa başladı. O, beynəlxalq təşkilatlarda, xüsusən ATƏT-in Minsk Qrupu formatında Qarabağ məsələsi üzrə danışıqlarda təmkinli, amma bəzən də passiv görünürdü. Xüsusilə 2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycanın hərbi-siyasi mövqeləri güclənsə də, diplomatik ritorika eyni tonallıqda qalmaqda davam etdi.

2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Prezident İlham Əliyevin onu vəzifəsindən azad etməsi Azərbaycan xarici siyasətində yeni dövrün - daha çevik, strateji və siyasi motivasiyalı diplomatiyanın başlanğıcı idi.

Elmar Məmmədyarov vəzifədən uzaqlaşdırıldıqdan sonra uzun müddət nəinki ictimaiyyət qarşısına çıxmadı, hətta ona yaxın diplomatik çevrələr belə onun haqqında susmağa üstünlük verdilər. O, mətbuata nə bir müsahibə verdi, nə də fəaliyyəti ilə bağlı açıqlama yaydı. Yalnız son zamanlar ara-sıra efirlərdə görünməyə başladı...

Beləliklə, Elmar Məmmədyarovun fəaliyyəti dövrü Azərbaycan diplomatiyasının formalaşması istiqamətində müəyyən işlər görülsə də, onun özünün XİN rəhbəri kimi hansısa uğurlu addımını yada salmaq çətindir. Bu üzdəndir ki, Elmar Məmmədyarov işdən çıxarılması ictimaiyyət arasında xarici siyasətdə kəkələmə dövrünün başa çatması kimi qiymətləndirildi...

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri