“Müharibə gələn il bitə bilər” Zelenski
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Ukraynadakı müharibə 2026-cı ildə bitə bilər, çünki əks halda Rusiya lideri Vladimir Putin səfərbərlik elan etməli olacaq və o, bunu istəmir.
Ukrayna Prezidenti Volodimir Zelenski bunu "Fox News"-a verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, əvvəlki illərdə Rusiya ayda təxminən 43000 müqaviləli əsgər səfərbər edirdi, lakin 2025-ci ildə vəziyyət ilk dəfə dəyişdi. İndi Rusiya ordusunda yeni əsgərlərin sayı itkilərin sayına bərabər olub, buna görə də qoşunların ümumi sayı artmağı dayandırıb.
"Bu il ilk dəfə olaraq Rusiyada səfərbər olunmuş qoşunların sayı və itkilərin sayı eynidir. Buna görə də, bu il, 2025-ci ildə onların ordusunun sayı ilk dəfə olaraq artmağı dayandırdı", - deyə Zelenski qeyd edib.
Onun fikrincə, məhz buna görə də müharibəyə son qoymaq imkanı 2026-cı ildə yaranacaq.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















