Icma.az
close
up
RU
Müharibə internetdə də gedir: Ehtiyatlı olun

Müharibə internetdə də gedir: Ehtiyatlı olun

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Yaxın Şərqdə gərginləşən İran-İsrail qarşıdurması təkcə raketlər və dronlarla deyil, eyni zamanda internet üzərindən,  yəni rəqəmsal cəbhədə də davam edir. 

İddialara görə, İran İsrailin böyük şəhərlərində  o cümlədən Təl-Əvivdə şəxsi təhlükəsizlik kameralarını raket hücumları zamanı hədəf təyin etmək üçün istifadə edib.

"Cebheinfo.az" xəbər verir ki, İsrailin Kibertəhlükəsizlik İdarəsinin sabiq rəsmisi Rafael Franko  bu cür hücumlarıb artdığını bildirib. O, vətəndaşlara evlərindəki kameraları ya söndürməyi, ya da onların şifrələrini dəyişdirməyi tövsiyə edib.

İsrail rəsmiləri təsdiqləyirlər ki, internetə bağlı olan bu kameralar İran tərəfindən hərbi məqsədlə istifadə olunur. Sosial şəbəkələrdə yayılan bəzi görüntülərin də məhz həmin kameralar vasitəsilə çəkildiyi deyilir. Bənzər hal 2023-cü ilin oktyabrında da yaşanmışdı. HƏMAS hücumlarından öncə İsrailin mülki kameralarını sındıraraq kəşfiyyat toplamışdı.

Bu, təkcə İsrail və İran arasında deyil,başqa ölkələrdə də oxşar vəziyyət yaşanır. Rusiya Ukraynaya hücumları zamanı sərhəd keçidlərindəki kameralardan istifadə edib. ABŞ isə Çin istehsalı olan təhlükəsizlik sistemlərini “milli təhlükəyə çevrildiyi üçün” qadağan edib.

Ukrayna isə 2022-ci ildə təhlükəsizlik kameralarını tamamilə qadağan etdi, hətta vətəndaşlara “canlı yayımı dayandırın” çağırışı edildi. Çünki bu görüntülər raket hücumlarını istiqamətləndirmək üçün istifadə olunurdu.

Haker hücumları artır.

İran və İsrail arasında rəqəmsal qarşıdurma da böyüyür. Son günlərdə yayılan məlumata görə, İsraillə əlaqəsi olduğu iddia edilən bir haker qrupu İranın məşhur kriptovalyuta birjası "Nobitex"ə hücum təşkil edib. Amma əsas problem ondadır ki, bu təhlükəsizlik kameralarının əksəriyyəti çox zəif qorunur. Sadə şifrələr, köhnə proqram təminatı və ucuz sistemlər  hakerlər üçün adeta açıq dəvət kimidir.   Kamera təkcə sizi deyil, başqalarını da izləyir.

"BitSight" şirkətinin apardığı araşdırmaya görə, təkcə ABŞ-də 14 mindən çox kamera internetdə açıq vəziyyətdə işləyir. İsraildə isə 66 min kameranın hələ də standart  yəni heç dəyişdirilməmiş şifrə ilə çalışdığı ortaya çıxıb. Mütəxəssislər deyirlər ki, təhlükəsizlik sistemləri alarkən əsas diqqət qiymətə yox, onun nə qədər qorunduğuna yönəldilməlidir. Onlar xəbərdarlıq edirlər: “Kamera təkcə evinizi yox, qonşunuzu, yaxınlıqdakı obyektləri və bəzən hərbi hissələri də çəkə bilər".

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri