Icma.az
close
up
RU
Müharibə iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib TƏBİB

Müharibə iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib TƏBİB

Icma.az, Metbuat saytına istinadən bildirir.

2025-ci ilin ilk 9 ayı ərzində Vətən müharibəsi iştirakçılarına 206 mindən çox tibbi xidmət göstərilib.

Metbuat.az xəbər verir ki, TƏBİB tərəfindən Vətən müharibəsində şəhid olan insanlarımızın ailə üzvlərinin, eləcə də Vətən müharibəsiiştirakçılarının sağlamlığı daim diqqət mərkəzində saxlanılır.

Vətən müharibəsi zamanı şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, müvafiq dövlət qurumları ilə birlikdə əlaqəli və çevik xidmətin göstərilməsiistiqamətində görülən işlər davam etdirilir.

Belə ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzindətibb müəssisələrinə ümumilikdə 7 043 şəhid ailəsi üzvü38 837tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında şəhid ailəsiüzvlərinə142 122müxtəlif adda tibbi xidmət göstərilib.

Vətən müharibəsi iştirakçılarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili nəticəsi olaraq 2025-ci ilin ilk 9 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 10 805 müharibə iştirakçısı 68 373 tibbi xidmət üçün müraciət edib. Bu müraciətlər əsasında onlara 206 614 müxtəlif adda tibbi xidmət göstərilib.

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub.

Qeyd edək ki, hər iki həssas əhali qrupundan TƏBİB-in “815”, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzindən daxil olmuş ümumilikdə 1212müraciət araşdırılaraq cavablandırılıb.

Əlavə edək ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəhid ailələri və müharibə iştirakçıları ilə iş üzrə 161 nəfər koordinator çalışır.

Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən şəhid ailə üzvləri və müharibə iştirakçılarının müraciətinin ilk olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinin aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün “YAŞAT” fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.

Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə mütəmadi zənglərin olunması, bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri