Müharibə iştirakçısı a müraciət etdi, bələdiyyə isə...
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Moderator.az-ın redaksiyasına Gəncə şəhər sakini Məmmədov Pərviz Zirəddin oğlunun müraciəti daxil olub. Müharibə iştirakçısı olduğunu bildirən vətəndaş müraciətində bir sıra məsələlərə toxunaraq iddialar səsləndirib.
Müraciəti olduğu kimi təqdim edirik:
"Mən Məmmədov Pərviz Zirəddin oğlu, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Əvəz Mehrəliyev küçəsi, ev 155 ünvanında yaşayıram. İkinci Qarabağ müharibəsində könüllü xidmət etmişəm. Prezident cənab İlham Əliyevin müharibə iştirakçılarının sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı sərəncama əsasən, ailəmin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaşayış üçün mənə torpaq sahəsinin ayrılmasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdan, eləcə də Gəncə Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayevdən xahiş etdim.
Bu günə qədər dövlətdən heç bir güzəşt və ya torpaq sahəsi tələb etməmişəm. Ancaq indi, həqiqətən də, yaşayış şəraitimi yaxşılaşdırmaq üçün dövlətin dəstəyinə və yaşayış məqsədli torpaq sahəsinin ayrılmasına ehtiyacım var. Daha dəqiqini desəm, bu gün hələ də atamın evində yaşayıram. İki otaqlı evdə 15 nəfər qalırıq və vəziyyətim həqiqətən dözülməzdir.
Mövzu ilə bağlı yüksək səlahiyyətli qurumlara çoxsaylı müraciətlərimdən sonra Gəncə Şəhər Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev məni rəsmi qəbula çağıraraq bildirdi ki, sənə yaşayış üçün torpaq sahəsinin verilməsi fikrimizdə var, əvvəlcə bax, sonra qərar verərsən.
Mənə məsləhət bilinən, Alüminium zavodunun arxa tərəfində yerləşən və 2-ci Natavan qəsəbəsi adlanan ərazi yaşamaq üçün heç bir minimum şəraiti olmayan biyabandlıqdır.
Daha dəqiqini desəm, Yaşar Abdullayevin mənə təklif etdiyi ərazi yaşayış üçün tamamilə yararsız, fundamental infrastrukturdan (su, işıq, qaz xətləri, yol) məhrum, insan yaşayışı üçün əlverişsiz, həyat əlaməti olmayan boş bir çöllükdür.
Yaşar Abdullayevin bütün bu sosial və fiziki çətinlikləri bildiyi halda mənə bu biyabanlığı məsləhət bilməsi, dövlətin bizə tanıdığı imtiyazı şüurlu şəkildə heçə saymaq və bir ailəni qəsdən ağır mənəvi rüsvayçılığa məruz qoymaqdır. Mən gənc ailəyəm, demək olar ki, ayaqlarım şikəstdir, övladım isə məktəblidir.
Həyat şəraiti olmayan biyabanda mən necə yaşayım?
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müharibə iştirakçılarının sosial rifahının yüksəldilməsi, onların pulsuz torpaq sahəsi və mənzillə təmin edilməsi barədə imzalanan fərman və sərəncamlar hər bir məmur üçün icrası məcburi olan ali qərarlardır. Lakin Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev dövlət başçısının bu ali qərarlarına rəsmən kölgə salır, qanunla mənə tanınan pulsuz torpaq hüququnu açıq-aşkar heçə sayaraq mənə qarşı şərt kəsir.
Həyat əlaməti olmayan, infrastrukturdan məhrum bir biyabanlığı mənə məsləhət görməsi azmış kimi, dövlətin müharibə iştirakçısına pulsuz verdiyi pay üçün məndən qanunsuz olaraq ödəniş tələb edir. Prezidentin fərmanına məhəl qoymayan, dövlətin imtiyazını rüşvət və korrupsiya alətinə çevirməyə çalışan bələdiyyə sədrinin bu əsassız pul tələbi birbaşa vəzifə cinayətidir. Bu hərəkət sadəcə bir müharibə könüllüsünün hüquqlarını tapdalamaq deyil, dövlətin sosial siyasətinə qarşı qəsdən törədilən bir təxribat və ağır mənəvi rüsvayçılıqdır.
Bütün bunları nəzərə alaraq mövzunun ictimailəşdirilməsini xahiş edirəm".
İMZA: MƏMMƏDOV PƏRVİZ ZİRƏDDİN OĞLU
ƏLAQƏ NÖMRƏSİ: (070) 798-78-79
Moderator.az olaraq, müraciətdə səsləndirilən iddialarla bağlı adı çəkilən Gəncə Kəpəz Bələdiyyəsinə sorğu ünvanladıq.
Bələdiyyənin sorğumuza cavabını olduğu kimi təqdim edirik:
"Bildiririk ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Ə.Mehrəliyev küçəsi, ev 155-də yaşayan Məmmədov Pərviz Zirəddin oğlu 31.07.2026-cı il tarixdə, M-527 nömrəli ərizə ilə müraciət edərək Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq ona bələdiyyə ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.
P.Z.Məmmədovun ərizəsinə bələdiyyənin 07 avqust 2026-cı il tarixli, 16 saylı iclasında baxılmışdır və ona bələdiyyə ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,04 ha torpaq sahəsinin ayrılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülməsi barədə qərar qəbul edilmişdir.
Vətəndaş Məmmədov Pərviz Zirəddin oğlunun fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə ərizəsi ilə əlaqədar P.Z.Məmmədova Gəncə şəhəri, Natəvan qəsəbəsi, Metallurq bağçılıq ərazisindən 0,04 ha torpaq sahəsi təklif olunmuşdur.
Vətəndaş P.Z.Məmmədov təqdim olunan torpaq sahəsinin onun tələb və ehtiyaclarını ödəmədiyini əsas gətirərək həmin torpaq sahəsindən könüllü imtina etmişdir. Bu barədə tərəfimizdən müvafiq akt tərtib edilmişdir və ərizəçiyə onun hüquqları barədə məlumat verilmişdir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti Ulu öndər Heydər Əliyev tərəfindən 15 mart 2002-ci il tarixli, 274-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə“nin 13-1.1 maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara verilir".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















