Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Müharibə iştirakçısı bacısını yatdığı yerdə boğub öldürdü: Öhdəsindən gələ bilmədik

Müharibə iştirakçısı bacısını yatdığı yerdə boğub öldürdü: Öhdəsindən gələ bilmədik

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il iyulun 1-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi döngə 1, ev 80-də baş verib. Çarpayıda uzərində zorakılıq əlamətləri ilə 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın meyiti aşkar edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, ailə üzvlərinin razılığı olmasa da, Təhminə Qasımovanın əvvəllər qeyri-rəsmi yaşadığı başqa-başqa şəxslərdən 2 övladı olub. Anası və qardaşı ilə birlikdə yaşadığı müddətdə mağazada satıcı işləyib. Lakin iş saatı 21-də qurtarmasına baxmayaraq, o, mütəmadi evə saat 23-dən sonra qayıdıb. Bacısının müxtəlif kişilərlə intim münasibətdə olmasını düşünən, onun həyat tərzini və davranışını ailələrinin nüfuzuna təhqir hesab edən Təbriz Qasımov iyulun 1-də qardaşından Təhminə Qasımovanın yenidən evə gec gəlməsini öyrəndikdən sonra, onu öldürmək qərarına gəlib. Səhər saat 4 radələrində kirayədə qaldığı Nərimanov rayonu, 6-cı Göl kənarı küçəsində yerləşən evdən çıxaraq, anasıgilin Rəsulzadə qəsəbəsində yaşadıqları evə gəlib. Çarpayıda yatmış Təhminə Qasımovanın üzərində oturaraq, qollarını dizləri altına salıb və hər iki əli ilə boğazını sıxıb. Təbriz bacısının üzünə yumruqla zərbələr vuraraq, onun müqavimətini qırıb. Əl-üz dəsmalını qadının boğazına dolayıb. Həmin vaxt otağa daxil olan qardaşı, həmçinin yuxudan oyanan anası ona mane olmağa çalışsalar da, Təhminə Qasımovanı bədəni hərəkətsiz qalanadək boğmaqda davam edib. Nəticədə qadın ölüb.


İş üzrə dindirilmiş Təbriz Qasımov bildirib ki,1997-ci ildə Gədəbəy rayonunda anadan olub, subaydır. 2020-ci ildə Azərbaycan Respublikasının suverenliyi uğurunda gədən döyüşlərdə iştirak edib. “Vətən müharibəsi iştirakçısı” və “Şuşanın azad olunmasına görə” medallarla təltif olunub:

“2021-ci ilin əvvəllərində hərbi xidmətdən qayıdandan sonra 6 ay Şəmkir rayonunda yaşadım, daha sonra işləmək məqsədi ilə Bakıya gəldim. Razı olmasaq da, 2019-cu ildən 2021-ci ilədək bacım Təhminə Anar Həbibli ilə qeyri-rəsmi yaşadı, Könül adlı övladları dünyaya gəldi. 2022-ci ilin may ayından bacım Məmməd Məmmədovla yaşamağa başladığından, övladını atası Anarın himayəsinə verdi, hazırda da uşaq onunla birlikdə yaşayır. İkinci şəxslə qeyri-rəsmi münasibətdən Məryəm adlı qızları anadan oldu. 2023-cü ildə aralarında baş vermiş davalardan sonra Təhminə yenə də Şəmkir rayonuna qayıdaraq, anası ilə birlikdə yaşadı. Bizi el arasında biabır etməsi səbəbindən bacımla ünsiyyətimi kəsdim. Təhminə tüfeyli həyat tərzi keçirirdi, vaxt aşırı ayrı-ayrı şəxslərlə münasibətdə olurdu. Qardaşı Bəhmanla “28 may” küçəsində yerləşən evlərdən birində kirayədə qalırdıq. Təhminə ilə anam 2023-cü ilin dekabr ayında Bakıya köçdülər. Özəl şirkətdə fəhlə işləyirdim. Təhminəni görmək istəmədiyim üçün onlar Nərimanov rayonunda kirayə tutduğum evdə yaşayırdılar. Təhminənin ikinci övladı 2024-cü ilin may ayında öldü. Hadisədən təxminən bir ay əvvəl bacım xırdavat mağazasında işləməyə başlayıb. Bəhmanla danışan zaman, qardaşım mənə Təhminənin evə gec gəldiyini və telefonla müxtəlif şəxslərlə danışdığını dedi. İkimiz də Təhminənin hərəkətlərindən utanırdıq.

İyunun 30-u axşam saat 23 radələrində qardaşımla birlikdə kartdan pul çıxarmaq üçün Azadlıq metrosunun yaxınlığındakı bankomata getdim. Kartdan 470 manat pul çıxarıb Bəhmana verdim. Qardaşım Təhminənin iş yerinə gedib onu evə gətirəcəyini dedi. Sağollaşaraq, metro ilə yaşadığım evə getdim. Bəhmanla zəngləşəndə, o, Təhminəni iş yerinin qarşısında gözlədiyini bildirdi. Daha yarım saatdan sonra danışanda, qardaşım bacımın müdirin avtomobilinə minərək, ordan uzaqlaşdığını, amma yaşadığı ünvana qayıdanda Təhminənin evdə olmasını xəbər verdi. “WhatsApp”la mesaj yazaraq, qardaşıma dedim ki, heç nə etməsin və məni gözləsin. Saat 4 radələrində anamgilin yaşadığı evə çatdım. Bir müddət küçədə Bəhmanla söhbət edəndən sonra içəri daxil olduq”.

Təbriz Təhminəni öldürməyə mane olmasın deyə siqaret almaq bəhanəsi ilə qardaşını marketə göndərib. Otağa girib, yatmış Təhmənin üzərinə çıxıb:

“Əllərimlə boğazından tutanda bacım yuxudan oyandı, yumruqla üzünə zərbələr endirdim. Əllərimlə möhkəm sıxaraq onu boğmağa başladım. Altımdan çıxmağa cəhd etsə də, hər iki qolunu dizlərimin altına saldım. Daha rahat boğmaqdan ötrü başının altındakı dəsmalı boğazına doladım. İçəri girən Bəhman məni arxadan tutaraq, geriyə doğru çəkib “burax onu, öldürəcəksən” deyə qışqırdı. Anamla birlikdə məni geri çəkməyə çalışırdılar. Dodaqlarının göyərdiyini və hərəkətsiz qaldığını görüb, Təhminəni buraxdım. Bəhman nəbzini yoxlayaraq, onun öldüyünü dedi. Anamla qardaşım Təcili yardım stansiyasına zəng etmək istəsələr də, onlara buna ehtiyac olmadığını bildirdim. Hər ikisinə məni bağışlamalarını, ailəmizi biabır edən bir adamın yaşamağa haqqının olmadığını söylədim. Sonra 5-ci polis bölməsinə gedərək, hadisə barədə məlumat verdim. Daha sonra məni inzibati ərazi üzrə 4-cü şöbənin əməkdaşlarına təhvil verdilər”.

Təbirz Qasımov əlavə edib ki, bacısını əvvəllər də öldürmək istəyib, lakin hər dəfə Təhminəyə bir şans verib. Niyyəti barədə heç kimə məlumat verməyib. Hər hansı xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən əvvəllər təsadüfi hallarda istifadə edib. Axırıncı dəfə 6 ay əvvəl marixuana çəkib.
Məhkəmə iclasında Təbriz Qasımov sərbəst ifadə verməkdən imtina edb. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Xanım Məmmədova ifadəsində göstərib ki, qızının heç bir nigahı rəsmi olmayıb:

“16 yaşında evdən qaçdı, heç cür öhdəsindən gələ bilmədik. Axırıncı dəfə, yaranmış problemlərə görə Şəmkir rayonuna, yanıma qayıtdı. Orda qaldığımız müddətdə yenidən kiməsə qoşularaq, evdən çıxıb getdi. 2023-cü ilin dekabr ayında Bakıya gələndən sonra supermarketdə xadimə işləməyə başladım. Pis yollara düşməməsi üçün qızımı yanımıza gətirdik. Təbriz bacısını görməməkdən ötrü, başqa ünvanda kirayədə qalırdı. Dəfələrlə qızımın telefonla başqa şəxslərlə danışdığını görmüşəm. İyulun 1-nə keçən gecə Bəhmanın qışqırıq səsinə yuxudan oyandım. Əvvəl elə bildim ki, qızımla oğlum dava edirlər. Bəhmanın Təbrizi geriyə çəkməsini, qızımın çarpayıda hərəkətsiz vəziyyətdə qaldığını gördüm”.


Şahid Elşad Cabbarov bildirib ki, mağazaya satıcı tələb olunduğundan qarşısına elan qoyub, iyunun 10-da Təhminə adlı xanım iş üçün müraciət edib:

“İşlədiyi ərəfədə mağazanı reklam etmək və müştərlərlə əlaqə saxlamaq üçün Təhminə Qasımovaya telefon verilmişdi. İş saatı bitikdən sonra da qadın telefonu özü ilə evinə aparırdı. Həmin axşam təhvil-təslim aparılıb və o, işə sonradan gəlib. İşimiz təxminən gecə saat 2 radələrində başa çatdı. Təhminənin telefonla danışdığını və kiməsə “bir azdan gəlirəm” söyləməsini eşitdim. Problem olduğunu soruşanda Təhminə qardaşı Bəhmanla danışdığını dedi. Hava isti olduğuna görə, çıxıb Təhminənin qardaşını mağazaya çağırdım. Bəhman içəri girərək, bacısı ilə aqressiv halda danışdı. Onun sərxoş olduğunu hiss etdik, üzərindən kəskin spirt qoxusu gəlirdi. Sonra çölə çıxdı. Problem olmasın deyə, Təhminəyə getməsini dedim. Evdən gecə saat 03:18-də “Whatsapp” tətbiqi vasitəsi ilə səs ataraq növbəti gün malların uçotuna yenidən baxacağımızı bildirdim, Təhminə də cavab olaraq “oldu müəllim” yazdı. İşlədiyi müddət ərzində onun kiminləsə danışmasının və ya işdən çıxanda, kiminsə xanımı ötürməsinin şahidi olmamışam”.


Prokuror təqsirləndirilən şəxsə 16 il 6 ay cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi oğluna qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Təbriz Qasımovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib. Odur ki o, həmin maddələrin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Təbriz Qasımov 15 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri