Icma.az
close
up
RU
Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artırmaq və döyüş effektivliyini yüksəltmək məqsədilə yeni bir sistem tətbiq edib. “Dron Ordusu: Bonus” və ya ictimaiyyətdə tanınan adı ilə “e-xal proqramı” adlanan bu təşəbbüs müharibəyə oyunlaşdırma (gamification) yanaşması gətirir.

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, bu sistemə əsasən, Ukrayna əsgərləri hər vurduqları rus hərbçisi və ya məhv etdikləri hərbi texnika üçün xal qazanırlar. 


Toplanan xallar daha sonra müxtəlif hərbi avadanlıqların alınmasında istifadə olunur. Müdafiə Nazirliyi bu yanaşmanı “müharibənin riyazi modeli” kimi təqdim edir.

İlkin mərhələdə bir rus əsgərinin öldürülməsi 2 xal dəyərində qiymətləndirilirdisə, hazırda bu rəqəm 6-ya qaldırılıb. Bu dəyişiklik, Rusiya ordusunun son zamanlar kiçik dəstələrlə və motosikletli qruplarla hücum etməsi fonunda həyata keçirilib. Beləliklə, fərdi əsgərlərin strateji rolu daha da artıb.

Rəqəmsal Transformasiya naziri Mixaylo Fedorovun sözlərinə görə, sistem yalnız logistik vasitə deyil, eyni zamanda psixoloji təsir gücünə malikdir:

“Xal dəyərlərini dəyişəndə döyüşçülərin motivasiyası dərhal dəyişir”.

Əldə olunan xallar sadəcə statistik göstərici kimi deyil, real fayda kimi istifadə edilir. Əsgərlər bu xalları “Brave 1 Market” adlı onlayn platformada istifadə edərək 1600-dən çox məhsul – dronlar, zirehli geyimlər, texniki detallar və hətta pilotsuz quru texnikaları əldə edə bilirlər. Məhsullar birbaşa istehsalçılardan alınır və bütün ödənişlər Müdafiə Nazirliyi tərəfindən qarşılanır.

Sistem xüsusilə ön cəbhədə döyüşən bölmələrin təchizatını sürətləndirməyə hesablanıb. Bu yanaşma klassik hərbi təchizat sistemlərinə alternativ olaraq daha çevik və məqsədyönlü hesab olunur.

Kiyevdə, adı açıqlanmayan bir binada fəaliyyət göstərən görüntü analiz komandası isə hər gün minlərlə dron çəkilişini analiz edir. Qiymətləndirmə “vurulan” və “tamamilə məhv edilən” olmaqla iki əsas kateqoriya üzrə aparılır.

Maraqlı məqamlardan biri isə odur ki, canlı ələ keçirilən rus əsgərləri öldürülənlərdən daha yüksək xal gətirir. Rəsmilərin izahına görə, əsirlər mübadilə və danışıqlarda əhəmiyyətli diplomatik resurs sayılır.

Rəsmi məlumatlara görə, e-xal proqramına Ukrayna ordusunun 90 faizindən çoxu qoşulub. Sistem həm taktiki üstünlük, həm də döyüş ruhunun qorunması baxımından əsas alət kimi dəyərləndirilir.

Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri