Icma.az
close
up
RU
Müharibə rus oliqarxların dəbdəbə sevgisini azaltmayıb Ölkəyə lüks avtomobil axını davam edir

Müharibə rus oliqarxların dəbdəbə sevgisini azaltmayıb Ölkəyə lüks avtomobil axını davam edir

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskvaya sanksiyalar bu ölkəyə lüks avtomobillərin və digər dəbdəbə əşyalarının gətirilməsini önləyə bilməyib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, 2022-ci ilin martından bəri sanksiyalardan yan keçməklə Rusiyaya "Bentley", "Ferrari", "Lamborghini", "Maserati" və "Rolls-Royce" markalarından azı 214 avtomobil idxal edilib. Onların ümumi dəyəri 5.9 milyard rubl (75 milyon dollardan çox) olub.

Araşdırmanı "TriTrace Investigations" aparıb. Sanksiyalardan yan keçmək üçün Qazaxıstan, Belarus, Ermənistan və digər ölkələrdəki şirkətlərdən istifadə olunduğu bildirilir.

"TriTrace" komandasına əvvəllər "Transparency International – Rusiya"nın direktoru olmuş İlya Şumanov rəhbərlik edir. Araşdırma Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan sərhədlərindən malların hərəkətinə dair bilgilər əsasında aparılıb. Bahalı avtomobillərin böyük hissəsi müharibə başlayandan sonra dövlətə yaxın şəxslərin sifarişi ilə Rusiyaya gətirilib. Onların arasında Qərbin sanksiyalarına məruz qalmış oliqarxlar, dövlət podratçıları, müdafiə sənayesi müəssisələrinin rəhbərləri, ilhaq edilmiş Krımın təmsilçiləri var.

Müharibə başlayandan bütün tədarüklərin 80 faizdən çoxu Rusiyada premium avtomobillərin ən iri idxalçısı "Avtodom" MMC-yə çatıb. Şirkət sahibi Andrey Olxovski 2025-ci ilin fevralından Böyük Britaniyanın sanksiyaları altındadır.

2024-cü il istehsalı, 27.25 milyon rubl dəyəri olan "Bentley Bentayga" avtomobilinin "Rusiya Vertolyotları" şirkətinin direktor müavininin ailəsi üçün gətirildiyi ehtimal olunur. Sızdırılmış məlumatlara görə, avtomobil üzrə sığorta şirkətin direktor müavininin oğlu Vadim Liqayın adına rəsmiləşdirilib. Avtomobil Türkiyə və Belarusdakı araçılar vasitəsilə Rusiyaya gətirilib, "Kazan "Start" zavodu" ASC-nin üzərinə qeydiyyata alınıb. Bu müəssisə "Alabuqa" iqtisadi zonasında "Şahed" (Qeran) tipli kamikadze-dronların istehsalında iştirak edir.

Digər "Bentley" 2023-cü il istehsalı olan "Flying Spur Azure Hybrid" modelidir, dəyəri 19.9 milyon rubldur. O, Belarus vasitəsilə Rusiyaya idxal edilib, alıcısı "İnteqral" MMC-dir. Bu şirkətin 100 faizi Krım Ali Sovetinin keçmiş deputatı Aleksey Şatskixə məxsusdur. O, "Krım Naş Park" turizm layihəsinə bağlıdır, bu layihəni sanksiyalar altında olan RNKB bankı maliyyələşdirib.

Daha bir avtomobil – 37 milyon rubl dəyərində "Lamborghini Urus" 385 min avroya Qazaxıstan şirkəti vasitəsilə alınıb, Aİ sanksiyaları altında olan oliqarx Yevgeni Zubitskinin xanımının adına rəsmiləşdirilib. Zubitski kömür və dəmir filizi hasilatı ilə məşğul olan Sənaye-Metallurgiya Holdinqinin həmtəsisçisi və prezidentidir. 

Araşdırmaçılar bildirirlər ki, lüks avtomobillər Rusiyaya, əsasən, Belarus (64 avtomobil), Türkiyə (45), Qazaxıstan (41), İtaliya (14) və Ermənistan (10) vasitəsilə gətirilib. Avtomobillərin yarıdan çoxu – 206 avtomobildən 116-sı Aİİ ölkələri üzərindən idxal olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri