Müharibə şiddətləndi: dollar bahalaşır Manatın məzənnəsi belə olacaq
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Hazırda dünya siyasətində aktivlik müşahidə olunur. Fərqli regionlarda münaqişələr alovlanıb. Bu isə istər-istəməz dolların kursu, neft-qaz qiymətlərinə təsirsiz ötüşmür.
Neftin, qazın, xarici valyutanın yaxın vaxtlarda dünya bazarında vəziyyəti, mövqeyi necə olacaq?
Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, bütövlükdə dünya bazarında volatillik müşahidə olunur:
“Hazırda “Brend” markalı neftin bir barreli 74 dollara təklif olunur. Yəni praktiki olaraq mövcud qiymət Azərbaycan üçün məqbul hesab oluna bilər. Amma 2025-ci il üçün fərqli proqnozlar var. Eyni zamanda, son proqnozlara əsasən 2025-ci ildə neftin bir barrelinin qiyməti 70 dollardan aşağı düşəcək. Əvvəlki proqnozlarda 70-80 dollar göstərilirdi. Amma siyasi qərarlar qiymətlərə təsir etdi. OPEC+ öhdəliklərə riayət edib neft hasilatını artırmasa, qiymətlərdə ciddi dəyişiklik olmayacaq.
Dollara gəldikdə isə kurs sabitdir. Xüsusilə xarici valyutalara nisbətən məzənnədə artım müşahidə edilir. Dolların məzənnəsinin səbət valyutalara nəzərən artması gələn il də müşahidə ediləcək.
Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olacaq. Neft qiymətlərində də dəyişiklik olmasa, manatla bağlı risk olmayacaq.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 05 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















