Icma.az
close
up
RU
Müharibə təhlükəsi artır Ermənistanın açıqladığı tarixlərdə nə baş verəcək?

Müharibə təhlükəsi artır Ermənistanın açıqladığı tarixlərdə nə baş verəcək?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan rəsmilərinin son açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, Azərbaycanın guya apreldə hərbi əməliyyatlara başlayacağı haqda İrəvandan bəyanatlar səsləndirilir.

Bu məlumat niyə indi ortaya atıldı? Məqsəd, hədəf nə ola bilər?

Elçin Mirzəbəyli

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli xatırladıb ki, Brüsseldə ABŞ-ın o vaxtkı dövlət katibi Entoni Blinken, USAİD-in keçmiş rəhbəri Samanta Pouer, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilmişdi:

“Bu görüşdə Ermənistana faktiki olaraq silah, sursat, hərbi texnika və digər sahələrdə yardımın göstərilməsi ilə bağlı razılıq əldə edilmişdi. Sülh Fondu adlanan, əslində isə müharibə fondu olan təşkilat çərçivəsində də Ermənistana yardımların edilməsi xüsusi olaraq qeyd olunmuşdu. O zamandan indiyə qədər müəyyən dəyişikliklər baş verib. Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ-ın yardım siyasəti də hər kəsə məlumdur. Prinsip etibarilə ABŞ Ermənistana hər hansı yardımın verilməsinin tərəfdarı kimi çıxış etmir.

USAİD çərçivəsində Ermənistana göstərilən yardımlar da fakriki olaraq dayandırılıb. Son olaraq, Avropa sülh fonduna Ermənistana 10 milyon vəsait ayrılması ilə bağlı müraciət olunub. Bu dəstəyin verilib-verilməyəcəyi isə məlum deyil.

Ukrayna-Rusiya xəttində baş verən hadisələr Nikol Paşinyanı ehtiyatlı davranmağa məcbur edir. Aİ-yə üzvlüklə bağlı məsələlər qeyri-müəyyən vaxta qədər təxirə salınır, digər tərəfdən Rusiya ilə münasibətlərin normallaşması istiqamətində səylərin göstəriləcəyi bildirilir.

Ermənistan süni qarşıdurma yaradaraq Avropaya yardıma ehtiyacı olduğunu göstərməyə çalışır”.

Əlimusa İbrahimov

Politoloq Əlimusa İbrahimov isə məsələyə belə münasibət bildirib:

“Ermənistanın Azərbaycanın hücum edəcəyinə dair bəyanatı ilk deyil. Dəfələrlə bu ölkə Azərbaycan “təhlükəsindən” istifadə edərək beynəlxalq gücləri rəsmi Bakıya qarşı qaldırmağa cəhd göstərib.
Bu gün Ermənistanda ciddi ajiotaj yaranır. Rəsmi İrəvanın boş yerə belə bəyanatlar verdiyini düşünmürəm. Yəni bunun arxasında müəyyən niyyətlər var. Ermənistan baş nazirinin səsləndirdiyi həmin fikirlər ölkə daxilində ciddi narahatlıq yaratmağa başlayıb. Paşinyan da bu narahatlıqdan öz məqsədləri üçün istifadə edir.

“Caliber”in hərbi əməliyyatlarla bağlı xəbərində də Ermənistanın hücuma hazırlaşması dəlillərlə sübut olunur. Rəsmi İrəvanın son vaxtlarda hücum silahları alması, bunu daha da artırması hücuma hazırlıq olduğunu göstərir. “Qara məni basınca, mən qaranı basım” deyən Ermənistan Azərbaycanın hücuma hazırlaşması istiqamətində bəyanatlar səsləndirməklə məşğuldur. Məqsəd isə öz hazırlıqlarını ört-basdır etmək, silah-sursat anbarını daha da genişləndirməkdir.

Ermənistan həmçinin xaricdəki qüvvələri də ətrafında cəmləşdirmək istəyir. Azərbaycan sözügedən prosesləri diqqətlə izləyir. Lazımi cavablar da veriləcək. Aprel, iyun aylarının diqqətə çatdırılmasının da səbəbləri var. Qlobal səviyyədə bu ayların çox ciddi təlatümlü olacağı gözlənilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Mart 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri