Icma.az
close
up
RU
Müharibə “Tramp marşrutu”nun önünü kəsdi

Müharibə “Tramp marşrutu”nun önünü kəsdi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“İranla müharibə səbəbindən TRIPP layihəsinin bir hissəsi olaraq ərazini araşdırmaq üçün Amerika şirkətinin nümayəndələrinin Ermənistana səfəri təxirə salınıb. ABŞ Prezidenti Donald Trampın İrana qarşı siyasəti Ermənistan və Azərbaycan arasında yeganə uğurlu sülh razılaşmasını poza bilər”.

“Foreign Policy” jurnalı İrəvandakı mənbələrə istinadən belə yazıb.

“Keçən il Tramp uzun müddətdir düşmən olan ölkələr arasında sülh prosesinə təkan verməyə və əhəmiyyətli diplomatik irəliləyiş əldə etməyə müvəffəq oldu. Trampın həddindən artıq şişirdilmiş qlobal sülh səyləri fonunda bu, əsl qələbə idi. Lakin indi Trampın İrandakı müharibəsinin nəticələri onun Qafqazdakı nailiyyətlərini puç edə bilər. Həm Ermənistan, həm də Azərbaycan rəsmiləri Trampın xarici siyasət üzrə dar çevrəsinin diqqəti regiondan yayındırmasından narahatlıqlarını bildiriblər.Hətta elan edilmiş atəşkəslə belə, Ağ Ev bir müddət diqqətini İrana yönəldəcək. Nəticədə, Qafqazda sülh üçün təkan itirilə bilər”,-deyə məlumatda bildirilir.

Daha sonra yazıda bildirilir:

“Tramp əvvəllər Ermənistan rəsmilərinin TRIPP layihəsi çərçivəsində sərhədin qanuni nəzarətini saxlayacağı, lakin yoxlamaların üçüncü ölkədən olan özəl şirkətin işçiləri tərəfindən aparılacağı bir həll yolu təklif etmişdi. Marşrut Ermənistan-Amerika birgə müəssisəsi tərəfindən idarə olunacaqdı.

Ağ Ev sammitindən sonra hər iki tərəf münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmağa başladı. Azərbaycan beyin mərkəzlərinin mütəxəssisləri Ermənistana səfər etməyə başladılar və əksinə səfərlər oldu. Ermənistan ilk dəfə olaraq Rusiya və Qazaxıstandan taxılın öz ərazisindən Ermənistana tranzitinə icazə verdi.

Fevralın əvvəlində vitse-prezident Vensin Ermənistana və Azərbaycana səfər edərək ABŞ-nin TRIPP layihəsini tamamlamaq əzmini nümayiş etdirdi. TRIPP layihəsinin Ermənistanın cənub sərhədi boyunca, İran sərhədinə yaxın ərazidə həyata keçirilməsi planlaşdırılır. ABŞ-nin bu marşrutun tikintisi və istismarına cəlb etməyi ümid bəslədiyi şirkətlər şübhəsiz ki, potensial investisiyalarına qarşı təhlükəsizlik risklərini yenidən nəzərdən keçirirlər”.

Bundan əlavə, həm İrəvan, həm də Bakıdakı rəsmilər müharibənin ABŞ-nin diqqətini TRIPP layihəsindən yayındıracağından narahatlıqlarını ifadə ediblər:

“ABŞ və Ermənistan hələ də bu marşrutu idarə edəcək bir şirkət yaratmaq üçün müqavilə imzalamayıblar. Bu proses artıq İranla məşğul olan Trampın müşaviri Stiv Uitkoffun rəhbərlik etdiyi kiçik bir qrup tərəfindən idarə olunur.

Daha geniş şəkildə desək, müharibə ABŞ-nin Qafqazdakı prioritetlərini sülhü daha da çətinləşdirəcək şəkildə dəyişə bilər. Hazırkı vəziyyətdə TRIPP layihəsi Sovet dövründən qalma dəmir yolu əlaqələrini bərpa etməklə İrana fayda verəcək. Layihə həmçinin, İranın ən vacib ticarət və təhlükəsizlik sahəsi olan tərəfdaş Ermənistan üçün xüsusilə faydalı olardı. Bəs Vaşinqton layihə ilə hələ də maraqlanacaqmı? Tramp artıq marağını itiribsə, necə olacaq?”

“ABŞ-nin iştirakı son bir neçə ay ərzində əhəmiyyətli irəliləyişi təmin edib. Bu amilin zəifləməsi sülh prosesi üçün əsl sınaq olardı”, - deyə nəşr yazır.

Qeyd edilən məqalə İrandakı müharibənin Fars körfəzi regionu ilə müqayisədə fonunda xeyli sabit görünən Cənubi Qafqazdakı proseslərə təsirsiz ötüşmədiyini göstərir. Bu ilk növbədə İrana qarşı hərbi əməliyyatların başlaması ilə ABŞ üçün geosiyasi prioritetlərin dəyişməsi ilə bağlıdır. Tramp administrasiyası İran probleminin həllinə beynəlxalq enerji resurslarına nəzarət, Çinin ucuz neft mənbələrindən məhrum edilməsi və Yaxın Şərqdə sabitliyin təmin edilməsi üçün vasitə kimi baxır. Yəni Vaşinqtonun diqqətinin  qlobal əhəmiyyətli məsələlərə yönəlməsi Birləşmiş Ştatları digər regional proseslərdən uzaqlaşdırıb.

 Rusiya-Ukrayna müharibəsinin həlli, Azərbaycanla Ermənistan arasında sülh prosesi və kommunikasiyaların açılması kimi geostrateji əhəmiyyət daşıyan proseslərdə moderatorluğu ələ almağa çalışan Tramp administrasiyası indi daha çox İran ətrafındakı hadisələrin həlli ilə məşğuldur. Müharibədən əvvəl daha çox münaqişə həll etməyə çalışan və müxtəlif sülh platformaları yaratmaqla məşğul olan Prezident Trampın əsas gündəmini İran mövzusu təşkil edir. Qrenlandiyaya qarşı ərazi iddiası, Kuba ilə münasibətlər  də demək olar ki, diqqətdən kənarda qalıb.

Hörmüz boğazının açılması bu gün ABŞ üçün əsas prioritetə çevrilib. Çünki Hörmüz boğazının bağlı qalması səbəbindən neftin və maye qazın bahalaşması Tramp administrasiyası üçün ciddi problemlər yaratmağa başlayıb. Bu baxımdan, Hörmüz boğazının açılması ABŞ üçün “Tramp marşrutu”, Panama kanalı kimi digər nəqliyyat-ticarət dəhlizlərinə nəzarət məsələsindən ön plana keçib. Ancaq bu, ABŞ-nin TRIPP layihəsindən imtina etməsi və ya maraqların dəyişməsi kimi başa düşülə bilməz. İranda müharibə davam etdikcə, istər Azərbaycan-Ermənistan sülh prosesi, istərsə də Rusiya-Ukrayna müharibəsinin həlli Tramp administrasiyasının gündəliyində “növbəti” məsələ kimi qala bilər.

Lakin “Tramp marşrutu”nun reallaşmaması ABŞ-nin Cənubi Qafqaza daxil olmamasını istəyən İranın və Rusiyanın maraqlarına cavab verir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olmadığını nəzərə alsaq, ABŞ-nin İrandakı müharibə “bataqlığı”nda ilişib qalması bölgədə geosiyasi proseslərə nəzarəti öz əlinə almağa çalışan digər oyunçuların, xüsusilə də Rusiyanın fəallaşmasına səbəb ola bilər. Bu kontekstdə Kreml Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərinə siyasi fürsət kimi baxır. Ona görə də Birləşmiş Ştatların İranla məşğul olması digər xarici siyasət təşəbbüslərinin itirilməsinə səbəb olmamalıdır. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri