Icma.az
close
up
RU
Müharibə turistləri Azərbaycana gətirəcək

Müharibə turistləri Azərbaycana gətirəcək

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar ayında Azərbaycana Avropa ölkələrindən 12 894 turist səfər edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 6 075 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 1,1 % çoxdur. 

Ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 6 819 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 43,5 % çoxdur. Qərbi Avropa ölkələri arasında ən çox turist 2 185 nəfər olmaqla Almaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 2,8 dəfə çoxdur. 

Qeyd edək ki, hazırda ABŞ və İsrailin İrana hücumları, İranın cavab tədbirləri səbəbindən Yaxın Şərqdə münaqişə davam edir. Regiondakı gərginlik turizm sektoruna ciddi təsir göstərir. 

İranın raket hücumları səbəbindən Körfəz ölkələrində otel rezervasiyalarının ləğvində artım müşahidə olunub. “Palm Jumeirah” və “Downtown” şəhərlərində adətən öncədən sifariş edilən otellərdə doluluq nisbətinin 20 faizdən aşağı düşdüyü bildirilir. 

Dəbdəbəli həyat tərzi ilə tanınan turizm mərkəzi olan Dubayda müharibə səbəbindən lüks otel qiymətləri kəskin şəkildə aşağı düşüb. Müharibədən əvvəl gecəlik qiymətlər 400 avrodan başlasa da, bunun 83 faiz azalaraq 68 avroya çatdığı bildirilir. 

Sektor nümayəndələri təhlükəsizliklə bağlı narahatlıqların regionda turizmə böyük zərbə vurduğunu bildiriblər. Avropa və Asiya bazarlarından edilən sifarişlərdə ləğv halları artıb və otellər doluluq nisbətini qorumaq üçün qiymətləri endiriblər. 

Yaxın Şərqdə baş verən münaqişə Azərbaycanda turizm sektoruna necə təsir edəcək? 

Məsələ ilə bağlı turizm üzrə ekspert Əziz Şiriyev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan hazırda ən təhlükəsiz ölkələr siyahısındadır: 

“Ərəb ölkələrində təhlükəsizlik hazırda yüksək səviyyədə deyil. Hava limanları bombalanıb. Bu baxımdan, yaxın ərəfədə ölkəmizə çox turistin gələcəyi gözlənilir. Təbii ki, biz il başlayanda onları proqnozlaşdırıb I, II, III, IV kateqoriyaya bölürük. 

İlk onluqda ölkəyə ən çox gələn turistlər nəzərdə tutulur. Burada Rusiyadan, Türkiyədən, Özbəkistandan, ərəb və digər ölkələrindən gələnlər nəzərdə tutulur ki, bu suyahı ekspertlər və Dövlət Turizm Agentliyi tərəfindən müzakirə olunur. Artıq II, III, IV sırada olanlar bu yaxın gələcəkdə ön plana keçəcəklər. 

Düşünürəm ki, avropalılar üçün də Azərbaycan ən təhlükəsiz ölkə olduğuna görə daha çox sayda turist artımı müşahidə olunacaq. Ancaq yanvar-fevral ayı turizm sektorunda aşağı mövsüm hesab olunur və bu mövsümdə istər-istəməz boşluqlar olur. 

İstər otellərdə, istər restoranlarda, iaşə obyektlərində bu birmənalıdır. Ancaq mart ayından, bayramlardan mövsümə doğru getdikcə, tendensiyalı şəkildə say artacaq. Artıq may, iyun, iyul, avqust aylarında ölkəmizə kifayət qədər turist gəldiyini müşahidə etmək mümkün olacaq. 

Hazırkı vəziyyətdə insanlar istənilən halda hər an təhlükənin yaranacağından ehtiyat edirlər. Artıq Amerika-İran müharibəsi sonlanmaq üzrədir. Bu, bütün dünya üzrə turizmin canlanacağına ümidləri artırır”. 

Ekspert qeyd edib ki, dünyada baş verən bütün proseslər birbaşa turizmə təsirini göstərir: 

“Məsələn, bu, iqtisadi, yaxud COVİD-19 kimi proseslər də ola bilər. Pandemiya ən çox zərəri turizmə vurdu. Hazırda dünyada olan müharibələr, gedən proseslər birbaşa turizmə təsir göstərir. 

Ancaq bizim dövlətin apardığı siyasət istənilən halda ölkəmizi təhlükəsiz məkana çevirir və getdikcə mövsümlə əlaqədar olaraq turistlərin sayı artacaq. Yay aylarında ölkəmizə kifayət qədər turistin gəldiyinin şahidi olacağıq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: turistlər Əziz Şiriyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri