Icma.az
close
up
RU
Müharibə və sülh arasında var gəl edən Tramp: “Əvvəl bir şeyə aludə olur, sonra unudur”

Müharibə və sülh arasında var gəl edən Tramp: “Əvvəl bir şeyə aludə olur, sonra unudur”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Avropanın Ukraynaya göstərdiyi davamlı dəstək artıq Vaşinqtonda ciddi narazılıq doğurmağa başlayıb. 

“The Economist”-in yaydığı məlumata görə, Donald Trampın bir sıra köməkçiləri şəxsi söhbətlərində Avropanın Ukraynanı gücləndirmək cəhdlərindən “boğaza yığıldıqlarını” dilə gətiriblər. Tramp əvvəllər də Ukraynaya dəstək məsələsində tərəddüdlü mövqedə olub. Onun komandasında bu məsələ ilə bağlı daha sərt yanaşma formalaşır. Hətta Pentaqon rəsmilərinin bir müttəfiq ölkəyə “Siz hələ də niyə Ukraynaya silah göndərirsiniz?” sualını ünvanlaması bu narazılığın artıq diplomatik səviyyədə də ifadə olunmağa başladığını göstərir. 

Bütün bunlar Vaşinqtonun Ukrayna ilə bağlı siyasətində ciddi dönüşlərin ola biləcəyinə işarədir. Tramp administrasiyasıUkraynaya əvvəlki qədər açıq dəstək vermək niyyətində deyil. Əksinə, Avropa ölkələrinin də bu məsələdə geri çəkilməsini istəyir və bunun üçün müxtəlif siyasi-diplomatik təzyiq alətlərindən istifadə edə bilər. 

Ukraynalı politoloq Aleksandr Oxrimenko "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, təhlükəsizlik məsələlərinə dair Trampın ətrafında doğrudan da çoxlu  “köməkçilər” var və onların bir çoxu nə rəsmi vəzifəyə sahibdir, nə ictimaiyyət onları tanıyır, nə də ciddi qəbul edir: 

"Bu adamların bəziləri sadəcə darıxdırıcı, yorucu tiplərdir və diqqət çəkməyə çalışırlar. Onlar cəsarətli deyillər. Əgər doğrudan da hansısa fikrin varsa, çıx, adını, soyadını de, jurnalistlərə rəsmi şəkildə bildir. Əks halda, bu teatrdır, yəni tipik “feyk” (saxta xəbər) nümunəsidir. Hazırda Tramp prezidentdir, amma onun, ümumiyyətlə, köməkçilərə qulaq asdığına inanmaq çətindir. Onun addımlarına baxanda aydın görünür ki, qərarları əsasən impulsiv, bəzən isə absurddur. Trampın nə planı var, nə də aydın baxışı. Onu tanıyanlar bilirlər ki, əvvəl bir şeyə aludə olur, sonra unudur və nəticədə hər şey əvvəlki halına qayıdır”. 

Politoloq qeyd edib ki, Tramp hakimiyyətdə olduğu əvvəlki dövrdə də eyni mənzərə yaşanırdı: 

“Çoxlu hay-küy, çoxlu sərt bəyanat, təbliğat, amma nəticədə vəziyyət dəyişmirdi. NATO yerində qalırdı, Ukraynaya yardım davam edirdi. İndi ABŞ-nin Ukraynaya yardım edib-etməyəcəyini demək çətindir. Hər şey dəyişə bilər. Amma ümumi mənzərə belədir ki, Trampın "24 saata müharibəni bitirəcəyəm" avantürası tam iflasa uğradı. O, bunu heç vaxt etiraf etməyəcək, çünki məğlubiyyət onun üçün ağrılı mövzudur. Amma hər kəs anlayır ki, sülh razılaşması barədə danışılanlar sadəcə fantaziyadır. Reallıq budur ki, Tramp komandası Rusiya ilə danışıqlarda uğursuzluğa düçar oldu. Ortada heç bir ciddi proses yoxdur. Danışıqlar əvəzinə, sadəcə cəhdlər var. Amma plan olmadan nəticə də olmur. Bütün bunlara baxmayaraq, müharibə davam edir. 

Ukraynada da, Rusiyada da hərbi vəziyyət və səfərbərlik güclənib. Silah istehsalı artır. Trampın son açıqlamaları, guya sülh danışıqlarında irəliləyiş olması barədə dedikləri isə sadəcə onun xəyallarından ibarətdir. Avropa ölkələri isə Trampın bəyanatlarını gördükdən sonra artıq ABŞ-dən icazə almağı dayandırıblar. Bu, müsbət haldır. 

Əvvəllər Avropa bir qərar vermək istəyəndə mütləq Vaşinqtondan "olarmı?" deyə soruşurdu. İndi isə daha müstəqil addım atırlar. Bu gedişlə NATO-nun gələcəyi də sual altındadır. Ola bilər ki, gələcəkdə ABŞ-nin iştirak etmədiyi "kiçik NATO" formatı formalaşsın. Burada əsas rol Almaniya, Fransa və Böyük Britaniyaya düşə bilər. Çünki Trampın bəyanatları Avropanı ciddi narahat edib və göstərib ki, Tramp NATO-nun öhdəliklərini yerinə yetirmək niyyətində deyil. Yəni "The Economist" nə yazır-yazsın, real vəziyyət belədir: müharibə davam edir və yaxın gələcəkdə bitəcəyi görünmür". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Tramp müharibə sülh Aleksandr Oxrimenko

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri