Icma.az
close
up
RU
Müharibə veteranlarına verilən təqaüd niyə artırılmadı?

Müharibə veteranlarına verilən təqaüd niyə artırılmadı?

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin ötən həftə imzaladığı yeni fərmanla müxtəlif kateqoriyalara aid müavinət və təqaüdlərin məbləği artırılıb. Artımlar ümumilikdə 3 milyon vətəndaşı əhatə edib. Müavinətlər 2025-ci il iyulun 1-dən artırılacaq.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, fərmanın imzalanmasından sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müharibə veteranlarına verilən təqaüddən danışıb.

O, jurnalistlərə açıqlamasında bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır:

“Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətləndirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.

Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, ölkə büdcəsinin 44 faizi sosialyönümlü xərclərə ayrılır.

"Cənab Prezident də yardımların artırılması ilə bağlı sərəncamlar verir. Müavinətlərin artırılması ilə bağlı ötən ilin axırında hökumətə tapşırıq vermişdi ki, həm şəhid ailələrinin, həm də veteranların sosial müavinətləri, pensiyaları daim artırılsın".

Deputat deyir ki, veteranlara verilən 80 manat müavinət deyil, təqaüddür:

"Kommunal xidmətlərə görə veteranlara yardım məqsədilə verilən təqüddür. Cəmiyyətdə hər zaman belə bir fikir səsləndirilir ki, müavinətlər artırılır, veteranlara verilən 80 manat niyə artırılmır?".

E.Musayev vurğulayıb ki, təqaüdün artırılması Milli Məclisin səlahiyyətinə aid olan məsələ deyil:

"Ölkənin siyasi rəhbərliyi nə vaxt məsləhət bilsə, təqaüdlər az, ya da çox artırılır. Ölkənin iqtisadi potensialına uyğun olaraq bu addımlar atılır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri