Icma.az
close
up
RU
Müharibədə qalibik, elm sahəsində də qalib gəlməliyik Mirşahin Ağayev

Müharibədə qalibik, elm sahəsində də qalib gəlməliyik Mirşahin Ağayev

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Elə bil ki, biz bir prosesin tərkib hissəsiyik və Azərbaycan Respublikası İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə gedir. Bu istiqamətdə görülən bütün işlər həmin xəttin davamıdır. Elmimizlə, elmi mərkəzlərimizlə məşğul olan düşüncə mühəndislərinin fikirlərinin bu şəkildə toplanması və mərkəzləşdirilməsi şübhəsiz ki, müəyyən nəticələr verməlidir. Bəzən dövlətlər qalib gəlir, amma xalqlar qalib gəlmir və yaxud bəzən dövlətin əsgəri qalib gəlir, amma sənətkarı qalib gəlmir. Bu mənada mən düşünürəm ki, bizim elmimiz də rəqib elmə, düşmən elmə qalib gəlməlidir. Çünki biz indi müharibəni cəbhədə də, masada da udmuşuq,Prezident İlham Əliyev öz sahəsində demək olar ki, bütün mövqeləri qazanıb. Ancaq digər sahələrdə müəyyən addımları vaxtında atmaq, tədbir görmək kimi bir missiya var ki, biz bəzən həmin missiyanın öhdəsindən gələ bilmirik".

Redaktor.az xəbər verir ki, bu fikirləri REAL TV-nin rəhbəri, əməkdar jurnalist Mirşahin Ağayev "Sosial-siyasi elmlər müasir çağırışları fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər"  mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirdi.

Onun sözlərinə görə, bu gün qlobal iqlim dəyişmələri bir tərəfdən İranın “Şahin” raketləri buraxması və onları Rusiyaya satması ilə, digər tərəfdən isə elmin intellektual nəticələrinin düzgün təqdim olunmaması ilə müşayiət olunur. Amma eyni zamanda İran rəhbərliyinin nümayəndələri yağış duasına çıxır, yağış namazı qılır. Bir tərəfdə Cenevrə, İsveçrə saatları səviyyəsində inkişaf gedir, amma digər tərəfdə isə kimlərsə İmam Zamanı gözləyir. Bu paradokslar və təzadlar içərisində bizim elmimiz mövcuddur:

"Çox vacib bir məqam da budur ki, biz elm ixracı ilə ciddi məşğul olmalıyıq. Çünki mən şəxsən belə hesab edirəm ki, bu gün Azərbaycanda ən vacib qeyri-neft sektoru elmdir. Elm sahəsi və Prezident İlham Əliyevin Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı çıxışında da məhz bu məqam diqqətə çatdırıldı. Əgər elm bu gün pul alacaqsa, alsın, dövlət də yəqin ki, buna gedəcək. Amma o aldığı pulu necə artırıb geri qaytaracaq? Məsələ bundan ibarətdir. Çünki biz həmişə məhsulun maya dəyərindən danışmışıq, amma mütəxəssisin maya dəyərindən danışmırıq. Biz nəçiyik və dövlətə neçəyə başa gəlirik? Ola bilər ki, sual kobud səslənir, ola bilər ki, adekvat qarşılanmır, bəlkə də mən fikrimi tam düzgün ifadə etmirəm. Amma hər bir insan düşünməlidir ki, mən filan sahədə bu qədər qiymətə başa gəlirəm və bunun müqabilində dövlətdən ziyanla işləyirəm, yoxsa xeyirlə? Ziyanla yaşayıram, yoxsa xeyirlə yaşayıram? Bu mənada mən düşünürəm ki, qeyri-neft sektoru barədə də belə yanaşma olmalıdır. Elm milləti olmaq ən vacib məsələdir".

Mirşahin Ağayev əlavə etdi ki, İlham Əliyev əgər bu gün Elmlər Akademiyasında süni intellekt məsələsini qaldırırsa və eyni zamanda başqa bir toplantıda Azərbaycanın xarici borcunun olmamasından danışırsa, bu, elə-belə deyil:

"Dövlət əgər istəmirsə kimdənsə borclu olsun, onda vətəndaş da borclu olmamalıdır. Əks halda, Azərbaycan Respublikasının əldə etdiyi üstünlüklər itə bilər. Dövlət borclu deyil, amma hansı Əhməd borcludur, hansı Əli borcludur, hansı Cəmil borcludur? Bu proseslərin qarşısını almaq üçün Prezidentin Elmlər Akademiyasında etdiyi çıxışlar xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyindəki çıxışını, Xankəndidə zəfər dövrünün Xankəndi Universitetindəki çıxışını və Elmlər Akademiyasındakı məşhur çıxışını mərhələlərə bölmək olar. Sonuncu çıxış elmə aid idi. Bakı Dövlət Universitetindəki çıxış tələbələrin və mütəxəssislərin hazırlanması ilə bağlı idi. Xankəndidəki çıxış müharibədən sonra yenidən formalaşan Azərbaycanın perspektivləri ilə bağlı idi. Mən Azərbaycan Prezidentinin fikirlərindən əxz etdiyim bir məqamı deyim: O, həmişə bildirir ki, hücum diplomatiyası olmalıdır. Amma bu yalnız diplomatiyaya aid deyil. Hücum elmi birinci növbədə olmalıdır. Hücum bütün sahələrə aid olmalıdır. Çünki sülh rəqabəti davam edir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri