Icma.az
close
up
RU
Müharibələr fonunda seçilən Azərbaycan nümunəsi

Müharibələr fonunda seçilən Azərbaycan nümunəsi

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Hazırda dünyanın bir sıra bölgələrində qaynar münaqişələr yaşanır və bu minlərlə insanların ölümünə səbəb olub. O cümlədən həmin münaqişələr səbəbindən yüz minlərlə insan öz ölkəsini tərk edərək köçkün həyatı yaşayır. Belə münaqişəyə xüsusən Rusiya-Ukrayna müharibəsini misal göstərmək olar. Rəsmi açıqlanan rəqəmlərə görə, 2022-ci ilin fevral ayından bəri Rusiya-Ukrayna arasında davam edən münaqişədə hər tərəfdən 1 milyondan çox insan itkisi qeydə alınıb ki, bu da kifayət qədər ciddi rəqəmdir. Digər tərəfdən isə bu müharibənin nə zaman bitəcəyi hələ də sual altındadır və tərəflərdən heç biri ciddi güzəştlərə getmək də maraqlı deyil. Hər nə qədər də ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirməyə can atsa da hələ ki, onun diplomatik addımları nəticə vermir. Görünən odur ki, bu münaqişə bu il də davam edəcək. 
Avropa qitəsində davam edən münaqişə azmış kimi, bəşəriyyət digər ABŞ-İsrail və İran müharibəsinin ağrılarını da yaşayır. Çünki tərəflər arasında fevralın sonunda baş verən münaqişədə hər üç ölkənin iqtisadi itkiləri 30 milyard dollardan çox qiymətləndirilir ki, bu da çox fantastik bir göstəricidir. Bundan əlavə İranın Hörmüz boğazına nəzarət etməsi səbəbindən dünyada neft və qazın qiymətləri durmadan qalxır və bu da dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurur. Baxmayaraq ki, ötən gün ABŞ və İran atəşkəs razılaşması əldə etsələr də, çox ehtimal ki, tərəflər arasında heç bir uzlaşma baş verməyəcək və Yaxın Şərqdəki münaqişə yenidən alovlanacaq. Çünki ötən il tərəflər arasında 12 günlük müharibədən sonra atəşkəs şərti qəbul olunsa da, ABŞ və İsrail fevralın sonunda İrana yenidən hücum etdi. 

Belə bir qeyri-sabit dövrdə Azərbaycanın 44 gün ərzində Ermənistan üzərində qazandığı parlaq qələbə yaddaşlardan silinmir. Azərbaycan Ordusu bu münaqişədə yüksək peşəkarlıq və qətiyyət göstərərək qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirdi.

Münaqişə zamanı Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn tələblərinə riayət edərək mülki əhalinin təhlükəsizliyini daim prioritet saxladı və onların həyatına təhlükə yarada biləcək addımlardan çəkinirdi. Bu amil sözügedən münaqişəni digər bölgələrdə yaşanan silahlı qarşıdurmalardan aydın şəkildə fərqləndirir.Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi xüsusi qeyd olunmalıdır. Mənfur düşmənin Gəncə, Tərtər və Tovuz şəhərlərində mülki insanların həlak olması ilə nəticələnən raket hücumlarına baxmayaraq, dövlət başçısı emosional addımlardan uzaq duraraq heç bir təxribat xarakterli qərara yol vermədi.Prezident dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan erməni əsilli mülki şəxslər Azərbaycan vətəndaşlığını qəbul etməklə ölkənin digər vətəndaşları ilə bərabər hüquqlara malik olaraq təhlükəsiz və rahat şəraitdə yaşaya bilərlər.Həmçinin, antiterror tədbirlərindən sonra verilən tapşırıqlar əsasında bölgədə yaşayan erməni mülki əhalinin könüllü şəkildə ərazini tərk etməsi üçün bütün zəruri şərait yaradıldı və onların təhlükəsiz şəkildə çıxışı təmin olundu.

Beləliklə, müasir dünyada davam edən qanlı münaqişələr fonunda Azərbaycanın nümayiş etdirdiyi yanaşma həm hərbi, həm də humanitar baxımdan fərqli model kimi diqqət çəkir. Bu təcrübə bir daha göstərir ki, güc yalnız döyüş meydanında deyil, eyni zamanda ədalətli və məsuliyyətli qərarlarla ölçülür. Azərbaycanın atdığı addımlar isə regionda uzunmüddətli sülh və sabitliyin mümkünlüyünü ortaya qoyan mühüm nümunə kimi qiymətləndirilə bilər.
Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://missiya.az
archiveBu xəbər 21 Aprel 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri