Icma.az
close
up
RU
“Müharibəni xalqa qələbə kimi təqdim etməyə çalışacaqlar” Elxan Şahinoğlu

“Müharibəni xalqa qələbə kimi təqdim etməyə çalışacaqlar” Elxan Şahinoğlu

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“İsrail müharibənin 14 günə bitəcəyini demişdi, amma döyüşlər iki gün əvvəl başa çatdı”. Bunu politoloq Elxan Şahinoğlu İsrail–İran müharibəsinin nəticələrini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, hər iki tərəf özünü qalib elan etsə də, real mənzərə fərqlidir:“İsrail və ABŞ, İranın uranı zənginləşdirmək imkanlarını sıradan çıxardıqlarını bəyan edir. İran isə cavab zərbələri ilə İsrailə və ABŞ-a adekvat reaksiya verdiyini iddia edir. Ancaq aydın görünür ki, İranın cavabları nə İsrailin, nə də ABŞ-ın zərbələrinə bərabər olmadı”.

Şahinoğlu qeyd edib ki, İranın bəzi raketləri İsrailin “Dəmir qübbə” hava hücumundan müdafiə sistemini keçərək şəhərlərə zərbə endirsə də, bu, yalnız taktiki uğur idi və strateji nəticə vermədi: “İsrail bir neçə iranlı general və hərbçini məhv etdi, ABŞ isə İranın nüvə obyektlərinə ciddi zərbələr endirdi. İranın cavabı isə Qasım Süleymani hadisəsində olduğu kimi, əvvəlcədən xəbərdarlıqla boşaldılmış hərbi bazalara raket atmaqla məhdudlaşdı. Bu raketlərin əksəriyyəti də havada vuruldu. Hətta Donald Tramp bu səbəbdən İrana təşəkkür etmişdi – bu, əslində Tehranın alçaldılması idi”.

Politoloq hesab edir ki, rejim bütün bunlara baxmayaraq, müharibənin nəticələrini ölkə daxilində “qələbə” kimi təqdim etməyə çalışacaq: “İran rəhbərliyi bu hadisələri daxildə xalqa uğur kimi təqdim etməyə çalışacaq. Lakin vətəndaşların beynində suallar artır – rejimin bu itkini necə bərpa edəcəyi qeyri-müəyyəndir”.

Ekspert əlavə edib ki, müharibə İsrailə bir günü yüz milyonlarla dollara başa gəlib və 12 günlük əməliyyatın ümumi xərci bir neçə milyard dolları keçib. Buna baxmayaraq, İsrail bu itkiləri kompensasiya edəcək, ABŞ da müttəfiqinə dəstək göstərəcək.

“Əsas sual budur: İran bu qədər itkini necə bərpa edəcək? Bombalanmış obyektlərin bərpası üçün nə Rusiya, nə də Çin pulsuz yardım edəcək. İran sanksiyalar altındadır. Yeganə çıxış yolu – neft gəlirlərini bərpaya yönəltməkdir. Ancaq bu zaman sosial problemlər arxa plana keçəcək və əhalinin narazılığı artacaq” -deyə, Şahinoğlu vurğulayıb 

O, qeyd edir ki,  ABŞ və İsrail hələlik ilk məqsədlərinə çatdıqlarını – İranın nüvə obyektlərini sıradan çıxardıqlarını bildirirlər: “Ancaq əsas məqsəd – rejim dəyişikliyi – hələ gerçəkləşməyib. Bu, daha uzunmüddətli prosesdir. Əgər İran rejimi mövcudluğunu qorumaq istəyirsə, həm daxili, həm də xarici siyasətində ciddi korrektələr etməlidir. Lakin bu istiqamətdə ciddi dəyişikliklər gözlənilmir. Çünki İranda genişmiqyaslı islahatlar rejimin dəyişməsi deməkdir və mühafizəkar dairələr buna imkan verməyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri