Icma.az
close
up
RU
MÜHARİBƏNİN DAYANDIRILACAĞI TARİX AÇIQLANDI Ağ Ev Avropaya xəbərdarlıq edib

MÜHARİBƏNİN DAYANDIRILACAĞI TARİX AÇIQLANDI Ağ Ev Avropaya xəbərdarlıq edib

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağ Ev Avropa rəsmilərinə 2025-ci ilin Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq niyyəti barədə xəbərdarlıq edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bu il həm katoliklərin, həm də pravoslavların bayramı aprelin 20-nə düşür.

ABŞ və Rusiya nümayəndələri arasında məsləhətləşmələr gələn həftə Səudiyyə Ərəbistanında baş tutacaq. Bu görüşlər prezidentlər Donald Tramp və Vladimir Putin arasında mümkün danışıqlara hazırlıq məqsədi daşıyır. Tramp bazar günü axşam Putinlə "çox yaxında" görüşməyi planlaşdırdığını açıqlayıb. “Bloomberg” daha əvvəl belə bir görüşün fevralın sonuna qədər baş tuta biləcəyini bildirmişdi. Rusiyanın “Kommersant” qəzeti bazar günü axşam öz mənbələrinə istinadən yazıb ki, ABŞ və Rusiya nümayəndələri arasında Ər-Riyadda danışıqlar çox güman ki, çərşənbə axşamı, fevralın 18-də baş tutacaq. Bu zaman dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfər edəcək və milli təhlükəsizlik müşaviri Maykl Vals da ora gələcək.

Bu arada, “Bloomberg” xəbər verir ki, bəzi Qərb rəsmiləri aprelin 20-dək hərbi əməliyyatları dayandırmaq planının çox iddialı adlandrırlar və az ehtimal verirlər. Mənbələrindən biri qeyd edir ki, atəşkəsin bağlanması üçün daha real vaxt aprel deyil, 2025-ci ilin sonu ola bilər.

Qarşıdan gələn danışıqlar fonunda Avropa ölkələri Ukraynaya yeni irimiqyaslı hərbi yardım paketi hazırlayır. Planın təfərrüatları 23 fevral 2025-ci ilə qədər açıqlanmayacaq. Bu gün Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Agentliyin mənbələri bildirirlər ki, bu yolla siyasətçilər səsvermədən əvvəl mübahisələrdən qaça biləcəklər.

Yanvarın sonunda Ukraynanın “Strana.ua” nəşri Donald Trampın Rusiya - Ukrayna müharibəsini bitirmək üçün nəzərdə tutulan 100 günlük planını dərc edib. Təsdiqlənməmiş məlumatlara görə, aprelin 20-də atəşkəs elan oluna bilər, mayın 9-da isə sülh konfransının bəyannaməsinin hazırlanacağı gözlənilir. Tərəflərdən heç biri bu sənədin həqiqiliyini təsdiqləməyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bəyan edib ki, müharibənin başa çatması və danışıqların başlanmasının konkret tarixləri ilə bağlı mətbuatda dərc olunan məlumat reallığa uyğun gəlmir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri