Icma.az
close
up
RU
“Müharibənin dondurulması“ Ukrayna üçün ən yaxşı ssenaridir“ “The Telegraph“

“Müharibənin dondurulması“ Ukrayna üçün ən yaxşı ssenaridir“ “The Telegraph“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Atəşkəs Ukraynanın gələcək üstünlüyünə zəmin yarada bilər..."

Britaniyalı geopolitoloq Mark Brolin hesab edir ki, Ukrayna müharibəsinin indiki mərhələdə "dondurulmasını", yəni müvəqqəti atəşkəsin Kiyev üçün ən məntiqli çıxış yolu ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşrində dərc edilmiş məqalədə deyilir.

Onun fikrincə, nə ABŞ, nə də Avropa Ukraynaya döyüş meydanında tam qələbə üçün lazım olan hərbi gücü verməyə hazırdır. Bu səbəbdən alternativ yol axtarmaq qaçılmazdır. Müvəqqəti fasilə isə Ukraynaya həm müdafiə sistemini gücləndirmək, həm də iqtisadiyyatını bərpa etmək üçün vaxt qazandıra bilər.

"Koreya variantı, Almaniya finalı"

Brolin bu konsepsiyanı belə izah edir: Koreya yarımadasındakı kimi müharibəni formal bitirmədən dayandırmaq, lakin uzunmüddətli perspektivdə Almaniya modelinə bənzər birləşmə ümidini qorumaq. Yəni işğal olunmuş torpaqların de-yure tanınmaması, güclü təhlükəsizlik zəmanətləri və hərbi-texniki dəstək hesabına Ukraynanın gələcəkdə ərazilərini qaytarmaq şansının saxlanılması. "Bu, təslimçilik deyil, strateji zaman udmaqdır", - politoloq vurğulayır.

Üç əsas arqument

Ekspert hesab edir ki, zaman Ukraynanın tərəfində işləyə bilər və bunun üç səbəbi var:

- Rusiya iqtisadiyyatı zəifləyir. Sanksiyalar, kapital axını və müharibənin yükü Moskvanı hər il daha çox çətin vəziyyətə salır.

- ABŞ siyasətində məhdudiyyətlər. Vaşinqtonda ictimai rəy və daxili siyasi qarşıdurmalar açıq eskalasiyanı riskli edir. ABŞ artıq Rusiyanı ilk növbədə Avropanın problemi kimi görür.

- Avropanın oyanışı. Enerji asılılığını azaltmaq və müdafiəyə daha çox sərmayə qoymaqla Avropa güclənir, bu isə Rusiyanın nisbi zəifləməsini sürətləndirir.

Şərtlərlə atəşkəs

Brolinin təsəvvüründə "dondurulma" sadəcə sakitlik deyil, ciddi mexanizmlərlə möhkəmləndirilməlidir, bunlar: torpaq itkilərinin hüquqi tanınmaması, çoxpilləli təhlükəsizlik zəmanətləri (hava hücumundan müdafiə, silah, təlimlər, ehtiyat hissələri), avtomatik sanksiyalar mexanizmi, investisiya proqramları vasitəsilə azad və işğal altındakı ərazilər arasında sosial-iqtisadi fərqin azaldılması. Beləliklə, atəşkəs diplomatik durğunluq yox, sistemlərin uzunmüddətli rəqabətinə çevrilə bilərdi.

"Qarışıqlıq deyil, soyuq rasionalizm"

Brolin tənqidçilərə cavab olaraq bildirir ki, bu yanaşma təcavüzkarı mükafatlandırmır, əksinə, Moskvanın legitimliyini və imkanlarını zəiflətməyi hədəfləyir. Onun sözləri ilə desək, bu, "müvəqqəti ədalətsizliklə barışmaq, gələcəkdə daha yaxşı nəticə qazanmaq üçün sərt realizmdir". Alternativ isə, analitikin fikrincə, "sonsuz qanlı döyüşlər və ya mənasız eskalasiya"dır. İntizamlı fasilə isə Ukraynanın gələcək azadlığına gedən yolda daha real variant görünür.

Kiyevin mövqeyi

Ukrayna rəhbərliyi də bu mövzuda müxtəlif fikirlər səsləndirib. Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak etiraf edib ki, "cəbhə xətti üzrə dondurma" ssenarilərdən biri kimi nəzərdən keçirilir, lakin son qərarı prezident verəcək. Vladimir Zelenski isə bildirib ki, Koreya modelinə bənzər variant nəzəri cəhətdən mümkündür, amma bu halda Ukrayna tam təhlükəsiz ola bilməz, çünki "yanında belə Rusiya olduqca, sülh nisbi qalacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri