Müharibənin müddəti uzana bilər Fidan
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Yaxın Şərqdəki müharibənin 2-3 həftə davam edəcəyi ehtimal olunur. Burada həlledici amil ABŞ-ın mövqeyi olacaq. Ancaq İsrail ABŞ-a təsir göstərməyə çalışacaq, hətta atəşkəsin və ya sülhün qarşısını almaq istəyəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan mətbuata açıqlamasında deyib.
Fidanın fikrincə, ABŞ və İsrailin mövqelərinin fərqli olduğunu göstərən dəyərləndirmələr də artıb:
“Bu, müharibənin daha uzun müddət davam etməsinə səbəb ola bilər. Müharibə davam edərkən danışıqlar aparmaq ehtimalı az olur. Bununla belə, qısamüddətli atəşkəs elan etmək, bu müddət ərzində danışıqlara başlamaq və "Danışıqlardan nəticə əldə edə bilməsəm, müharibəni davam etdirəcəyəm" düşünmək imkanını da nəzərdən keçirməliyik.
Ancaq İsrail mühüm hərbi və sənaye hədəflərini aradan qaldırana qədər dayanmayacağı fikrini yaradır. Müharibəni İsrail başlatdı və sui-qəsdlər davam edir. Problem də ondadır ki, İsrail sülh istəmir. Biz bu faktı hər yerdə, hər fürsətdə vurğulayırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 21 Mart 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















