Müharibənin regiona təsiri ola bilər Əliyev və Ərdoğan...
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan və Türkiyə liderlərinin yaxın əlaqəsi regionda risklərin qarşısını alır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri APA-ya Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Mehmet Akif Kireçci deyib.
Onun sözlərinə görə, ABŞ-İsrail və İran arasında müharibə Türkiyə və Azərbaycana təsir edəcək gücdədir və Türkiyənin hazırda qarşısında duran əsas prioritet sülhün əldə olunmasıdır.
Mehmet Akif Kireççi qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentlərinin birbaşa ünsiyyəti böhranların qarşısını alır: “İki ölkə arasında dostluq və qardaşlıq bölgədə mühüm balans yaradır. Bunu xüsusilə vurğulamaq lazımdır. İki lider arasında rəsmi prosedurlardan kənar, birbaşa və yaxın əlaqələrin olması bir çox risklərin qarşısını alır. Ani hadisələr zamanı sürətli ünsiyyət və qarşılıqlı etibar mexanizmi böhranlara baxmayaraq, ölkələri bir-birinə daha da yaxınlaşdırır”, – o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Mart 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















