Icma.az
close
up
RU
Müharibənin son akkordları Ukrayna müharibəsinin taleyi həll olunur?

Müharibənin son akkordları Ukrayna müharibəsinin taleyi həll olunur?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində Moskvanın hərbi fəallığının artdığı müşahidə edilir. Hərbi əməliyyatların intensivləşməsi fonunda Vaşinqton və Kiyev arasında mühüm danışıqların baş tutacağı gözlənilir. Hazırkı şəraitdə müharibənin gedişatı necə dəyişə bilər? ABŞ və Kiyev arasında planlaşdırılan danışıqlarda hansı nəticələr gözlənilir? 

Moderator.az-a danışan politoloq Natiq Miri deyir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ, Ukrayna nümayəndə heyətlərinin görüşü olacaq və burada əsas məsələ Ukraynanın nə qədər güzəştə gedə biləcəyi məsələsidir:

“Eyni zamanda, Ukraynanın təhlükəsizlik zəmanəti ilə bağlı məsələlər də əsas müzakirə mövzusu olacaq. Çünki atəşkəs heç nəyi həll etməyəcək. Ciddi sülh prosesi və  təhlükəsizlik təminatları, eyni zamanda təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və status məsələsi həll olunmadan Ukrayna atəşkəsə razı olmayacaqdır. Bu  qısa müddətli atəşkəsə razı olmuş olsa belə, bu heç nəyi həll etməyəcək. Rusiyanın cəbhə xəttindəki aktivliyi  bu danışıqlarla bilavasitə bağlıdır. Çünki ABŞ, Ukrayna arasındakı danışıqlardan başqa bir də ABŞ, Rusiya danışıqları gedir və perspektivdə bu, davamlı olacaq. Və ən nəhayət, ABŞ- Rusiya  danışıqları başlayana qədər Rusiya yeni ərazilər, o cümlədən işğalda olan Kursk ərazilərini tamamilə Ukrayna ordusunun əlindən almaqla özünün masada mövqelərini gücləndirmək istəyir. Daha çox işğal etdiyi əraziləri dolayısı ilə Rusiyanın əraziləri kimi təsbit olunacaq. Çünki Rusiya artıq bunu konstitusiyasında təsbit edib. Amerika Birləşmiş Ştatları da bu ərazilərin Rusiya tərəfindən işğalına razı  kimi görsənir. Buna görə də Rusiya  nə qədər mümkünsə, bu Ukrayna Rusiya danışıqlarına qədər daha çox ərazini işğal etmək istəyindədir və paralel olaraq Amerika Birləşmiş Ştatlarının Ukrayna üçün yaratdığı məhdudiyyətlərdən ciddi şəkildə sui istifadə edir. Bayden dönəmində belə razılaşdırılmış və əvvəlcədən pulu ödənilmiş silahlar var ki, bu silahların Ukraynaya verilməsi də dayandırılıb. Və bunu əlbəttə ki, fürsətə çevirmək istəyən Rusiya daha çox ərazini işğal etmək istəyindədir və bu açıq şəkildə də görsənir”.

Politoloq vurğulayıb ki, Ukrayna müvəqqəti atəşkəsə razı deyil, təminatlar olduğu təqdirdə razı ola bilər. Belə bir təminat da  yoxdur. ABŞ daha çox müharibəni Rusiyanın deyil, məhz Ukraynanın hesabına dayandırmaq istəyir:

“Çünki güzəştlərlə bağlı hələlik Rusiyaya hər hansı bir fikir bildirilməyib. Rusiyaya qarşı hansı sanksiyaların tətbiq olunacağı məsələsi də sadəcə sözdə mövcuddur. Ayrıca  sanksiya məsələsi Rusiyanın o qədər də qorxutmur. Çünki bu günə qədər tətbiq olunan ən ciddi sanksiyalar var ki, bu sanksiyaların böyük əksəriyyətini Rusiya rahatlıqla aşa bilib. Ona görə də Ukrayna təhlükəsizlik təminatı almadan, məsələ tərəflər arasında ciddi müzakirə olunmadan atəşkəs qərarının veriləcəyini  gözləmək olmaz. Əlbəttə ki, bu danışıqlar davam edəcək. Çünki Ukrayna bu danışıqlardan imtina etmir. ABŞ bir vasitəçi kimi deyil, özünü dünyanın jandarmı kimi özünü aparırsa və birtərəfli qaydada Rusiyaya deyil, yalnız Ukraynaya təzyiqi davam etdirirsə, belə bir vəziyyətdə Ukrayna ABŞ arasında nə minerallarla bağlı  saziş imzalana bilər, nə də təhlükəsizlik təminatı verilə bilər. Təhlükəsizlik təminatı olmadığı təqdirdə Ukraynanın bu cür güzəştlərə gedəcəyini düşünmürəm, çünki bunu Ukrayna xalqı və  ordusu qəbul etməz”.

N.Miri hesab edir ki,  tərəflər arasında danışıqlar xeyli müddət davam edəcək. Hətta vəziyyət o həddə gəlib çıxa bilər ki, ABŞ bu vasitəçilikdən imtina edə bilər:

 “Əlbəttə ki, bu, qlobal səviyyədə ABŞ adına çox böyük biabırçılıq olardı. Çünki seçki prosesində Tramp 24  saat ərzində bu münaqişəni həll edə biləcəyini deyirdi. ABŞ test etmək istəyir ki, Ukrayna hara qədər güzəştə gedə bilər,  hara qədər təzyiq edilə bilər və sülh məsələsində nə qədər niyyətli və ciddidir? Əgər Ukrayna dirənə bilsə,  özünün dövlət və təhlükəsizlik maraqlarını axıra qədər qoruya bilsə, ABŞ- ın Ukraynaya təzyiq siyasəti o qədər də keçərli olmayacaq. Ukraynanın təzyiqlər kontekstində dirənişi məsələsi təkcə Ukraynadan deyil, ABŞ- ı əvəzləyəcək Avropa Birliyinin və digər dövlətlərin nə qədər yardım məsələsində ciddi olduğundan asılı olacaq. Əgər  bu yükü Ukraynanın tərəfdaşları boynuna götürəcəksə, Ukrayna dirənməyə davam edəcək”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Mart 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri