Icma.az
close
up
RU
Müharibənin taleyi dəyişir: Dörd dünya nəhəngi Ukrayna üçün birləşdi...

Müharibənin taleyi dəyişir: Dörd dünya nəhəngi Ukrayna üçün birləşdi...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ prezidenti C. Bayden ATACMS və digər uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyi icazə verdi. Rusiyanın Şimali Koreya ilə hərbi ittifaqı və cəbhədə taktiki irəliləməsi Vaşinqtonun bu qərarı qəbul etməsini labüd etdi. Həmçinin D. Trampın yanvarın 20 -dən vəzifə səlahiyyətlərinə başlamasından sonra proseslərin Kiyevin əleyhinə dəyişəcəyinin qarşısını almaq üçün verilən qərardır. Hazırda Rusiya cəbhə xəttində irəliləyiş əldə edir. Bu da bir neçə aya Ukraynanın məğlubiyyətinə gətirib çıxara bilər. D. Tramp Ukraynanın məğlubiyyətinə və atəşkəsin əldə edilməsinə görə tam yardımları kəsə bilərdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında Rusiya-Ukrayna müharibəsindəki son durumu dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib. 

O qeyd edib ki, Putinə bu haqda öncədən xəbərdarlıq edilmişdi: "Bir neçə gün bundan əvvəl, Almaniya kansleri O. Şolts V. Putinə zəng edərək ona danışıqlar masasına oturmağı təklif etmişdi. Əks təqdirdə Almaniyanın Ukraynaya yeni silahlar verəcəyini qeyd etmişdi. Rusiyanın danışıqlar prosesindən yayınması müqabilində Ukraynaya hərtərəfli dəstək olunması Putinin diqqətinə çatdırılmışdı. VPutin OŞoltsla telefonla danışıqdan sonra, Ukraynaya raket və PUA zərbələri endirdi. Bu, Rusiyanın geri çəkilməyəcəyi mesajını vermiş oldu".

Politoloqun sözlərinə görə, Qərb Rusiyanın qələbə çalmasının qarşısını almaq üçün birləşir: "Artıq, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya konsensus əldə edərək, Ukraynaya yenidən hərbi yardımları  intensivləsdirib və verilən silahlardan Rusiyanın dərinliklərinə zərbəyə icazə verdilər. Rusiya qərardan narahatdır və Ukraynanın infrastrukturunu hədəfə alacağını bəyan edib. Qeyd edim ki, ABŞ və Avropa Rusiyanın Ukraynada qələbə əldə etməsinə imkan verə bilməz. Çünki Rusiyanın qələbəsi ABŞ və Avropanın strateji məğlubiyyəti, dünyada bir qütblü siyasi nizamın Moskvanin leyhine dəyişəcə bilər".

M.Əsədullazadənin fikrincə, demək olar ki, Rusiya və Ukrayna arasında müharibənin yeni mərhələsi başlayacaq: "Böyük Britaniya, Fransa və Polşa, Rumıniyanın Ukraynaya ordu göndərməsi istisna deyil. Yeni silahların verilməsi və Rusiyanın dərinliklərinə zərbələr endirililməsi Rusiyanın hücumunu durduracaq. Fransa prezidenti Makron V. Putinin sülh istəmədiyini və müharibədə maraqlı olduğunu vurğulayıb.

Göründüyü kimi, Qərb Rusiyanın məğlubiyyətinə gətirəcək addımlara başlayıb. Məhz Avropa ölkələri D. Trampın Ağ Evə gələcəyinə kimi həlledici və əhəmiyyətli irəliləyişə nail olmağa çalışacaq. Növbəti iki ay ərzində ABŞ və Avropa Rusiyanı danışıqlar masasına oturtmaq və qoşunlarını Ukraynadan çıxarılması üçün tam hərbi dəstək verəcəklər. Bununla da Rusiyanın cəbhə xəttində irəliləyiş və hücumu durdurula bilər.

Növbəti hərbi dəstəkdən sonra Ukrayna qoşunları yeni hücumlar həyata keçirməsi mümkündür. Həmçinin Rusiyanın aviasiyası və raketlərinin Ukrayna üzərində intensiv vurulması üçün havadan müdafiə sistemləri gücləndiriləcək. Demək olar ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukraynaya həlledici hərbi dəstək verməyə başlayır. Bu, Rusiya üçün hərbi məğlubiyyət və danışıqlar masasına oturmasını özündə ehtiva edir".

Nərgiz,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sitat.info
archiveBu xəbər 18 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri