Icma.az
close
up
RU
Müharibənin Tədqiqi İnstitutu Kremlin əsl məqsədlərini açıqlayır...

Müharibənin Tədqiqi İnstitutu Kremlin əsl məqsədlərini açıqlayır...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

İştah diş altındadır: ruslar yalnız Donbasla məhdudlaşmır...

...Kremlin Qərb auditoriyasına verdiyi açıqlamalara baxmayaraq, Rusiyanın ərazi və siyasi tələbləri Donbasdan kənara çıxır.

SİA xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) 27 yanvar tarixli hesabatında bildirilib. Analitiklərə görə, Rusiyanın baş danışıqçısı Kirill Dmitriyev də daxil olmaqla, Rusiya rəsmiləri Ukrayna qoşunlarının Donbasdan çıxarılmasının "sülhə gedən yol" ola biləcəyini iddia edirlər.

Bu arada, general Valeri Gerasimov kimi digər rəsmilər Xarkov, Sumı və Dnepropetrovsk bölgələrindəki bufer zonalarından bəhs edərək daha geniş ərazi ambisiyalarını göstərirlər.

Müharibənin Tədqiqi İnstitutuna görə, Rusiyanın NATO və Qərb ölkələrinə qarşı tələbləri də daxil olmaqla, siyasi və strateji məqsədləri var.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin sülh yolu ilə həllin müharibənin "kök səbəblərini" həll etməli olduğunu bildirib.

Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Donbasın əsas məsələ olmadığını vurğulayıb və NATO və "Ukrayna neonasizmi" mövzusunu qaldırıb.

Müharibənin Tədqiqi İnstitutu qeyd edir ki, bu tələblər Rusiyanın 2021-2022-ci illər mövqeyini əks etdirir: NATO-nun genişlənməsini məhdudlaşdırmaq, onu 1997-ci il sərhədlərinə qaytarmaq və Ukraynanın demokratik hökumətini Moskvanın nəzarətində olan hökumətlə əvəz etmək...

Müharibənin Tədqiqi İnstitutun analitikləri Rusiya mediasında və Tsargrad kimi ultra-millətçi mediada dərc olunan məqalələrə istinad edirlər ki, bu da Ukrayna qoşunlarının Donbasdan çıxarılması belə Rusiyanın digər tələblərinin, o cümlədən "denazifikasiya" və "demilitarizasiya"nın həyata keçirilməsindən əvvəl yalnız müvəqqəti bir addım olacağını göstərir.

Rusiya rəsmilərinin daxili auditoriyaya verdiyi açıqlamalar Rusiyanın məhdud sülh razılaşması ilə kifayətlənməyəcəyini və Ukraynanın tam təslim olmasını istədiyini təsdiqləyir.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri