Müharibəyə qoşulmaq niyyətimiz yoxdur Kallas
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Avropa İttifaqı Yaxın Şərqdə müharibənin başa çatmasına çalışır.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə deyib.
Aİ rəsmisinin sözlərinə görə, Körfəzdəki ölkələr, eləcə də Misir və İordaniya ilə əlaqədədirlər, müharibənin bitməsinə çalışırlar.
Kallas qeyd edib ki, Aİ ölkələri Hörmüz boğazına qüvvə göndərmək istəmir. O, Aİ ölkələrinin müharibə başlayanda onlarla məsləhətləşmə aparılmadığını, savaşın məqsədlərini bilmədiklərini əsas gətirdiklərini bildirib.
Kallas əlavə edib ki, gücdən yalnız iki halda istifadə edilə bilər – özünü müdafiə etmək üçün və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə: “Bunlardan heç biri olmadığına görə, Aİ ölkələrinin bu müharibəyə qoşulmaq niyyəti yoxdur”.
Aİ rəsmisi Yaxın Şərqdəki müharibənin Rusiyaya faydalı olduğunu söyləyərək, onun bitməsinin Ukrayna üçün “eyni dərəcədə vacib” olmasına diqqət çəkib.
O, İranda hakimiyyətin yalnız xalq tərəfindən dəyişdirilə biləcəyini də vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 19 Mart 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















