Icma.az
close
up
RU
Mühəndislik Universiteti Koreya universiteti ilə akademik tərəfdaşlığı genişləndirir

Mühəndislik Universiteti Koreya universiteti ilə akademik tərəfdaşlığı genişləndirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myonq Voonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetdən XQ-yə bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev universitetlər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı" çərçivəsində həyata keçirilən BMU-İNHA ikili diplom proqramı ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində ən uğurlu nümunələrdən biridir. O vurğulayıb ki, 2020-ci ildən icra olunan proqramın dövlət başçısının müvafiq sərəncamı ilə 2030-cu ilədək uzadılması bu əməkdaşlığa verilən yüksək qiymətin göstəricisidir.

Yaqub Piriyev bildirib ki, proqram üzrə üçüncü məzun buraxılışı əməkdaşlığın davamlı və uğurlu inkişafını təsdiqləyir. Onun sözlərinə görə, BMU ilə İNHA Universiteti arasında tərəfdaşlıq yalnız ikili diplom proqramı ilə məhdudlaşmır, elmi tədqiqat, akademik mobillik, innovasiya və rəqəmsal texnologiyalar istiqamətlərində də uğurla inkişaf edir.

Rektor, həmçinin bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək BMU-nun beynəlxalq reytinqlərdə, xüsusilə QS qiymətləndirməsində əldə etdiyi irəliləyişləri universitetdə həyata keçirilən islahatların, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən sistemli işlərin nəticəsi kimi qiymətləndirib. Bildirilib ki, BMU-İNHA ikili diplom proqramının məzunları yüksək məşğulluq göstəricilərinə malikdir və nüfuzlu yerli, eləcə də beynəlxalq şirkətlərdə uğurla fəaliyyət göstərirlər.

İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq proqramın əldə etdiyi uğurlu nəticələri tərəfdaşlığın dinamik inkişafının göstəricisi adlandırıb. Vurğulayıb ki, layihə Azərbaycan ilə Koreya Respublikası arasında akademik və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Yonqrak Sunq proqram çərçivəsində tədris olunan ixtisasların beynəlxalq əmək bazarında yüksək tələbat gördüyünü diqqətə çatdırıb, yay məktəblərində dərs deyən koreyalı professor-müəllim heyətinin fəaliyyətini yüksək qiymətləndirib və əməkdaşlığın yeni akademik və elmi istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib.

İNHA Universitetinin rektoru Ço Myonq Voo isə BMU ilə əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını deyərək ikili diplom proqramının beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, proqramda təhsil alan tələbələr yüksək akademik hazırlıq səviyyəsi ilə seçilir və İNHA Universitetinin ən yaxşı tələbələri sırasında yer alırlar.

Görüşdə BMU-İNHA ikili diplom proqramının mövcud nəticələri və inkişaf perspektivləri, tədris prosesinin təşkili, birgə elmi layihələr, müəllim və tələbə mübadiləsi, həmçinin süni intellekt, informasiya texnologiyaları və mühəndislik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim edib, xatirə fotosu çəkdiriblər.

Səfər çərçivəsində İNHA Universitetinin nümayəndə heyəti yay məktəbində iştirak edən BMU-İNHA ikili diplom proqramının tələbələri ilə də görüşərək onların tədris prosesi və əldə etdikləri təcrübə ilə maraqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri