Icma.az
close
up
RU
Mühərrik yağının səviyyəsini yoxlayarkən qətiyyən edilməməli olanlar

Mühərrik yağının səviyyəsini yoxlayarkən qətiyyən edilməməli olanlar

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daxiliyanma mühərriyinin bir-biri ilə təmasda olan bir çox hissəsi yüksək temperatur və təzyiq şəraitində işləyir. Bu səbəbdən, mühərrik yağı aşağı səviyyədə olduqda, həmin hissələr sürətlə aşınmağa başlayır. Bu, mühərrikdə (DYM) cızılmaların və həddindən artıq qızmanın yaranmasına, hətta mühərriyin tamamilə sıradan çıxmasına səbəb ola bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə autonews.ru-nun ekspertləri xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, hətta tam işlək vəziyyətdə olan mühərrikdə belə yağ tədricən buxarlanır.

Müasir mühərriklərdə 1 000 km məsafədə 1 litr yağ sərfiyyatı norma hesab edilir. Köhnə və ya çox istifadə olunmuş mühərriklərdə isə yağın müxtəlif sızmalar səbəbindən kritik səviyyəyə düşməsi mümkündür. Buna görə də, mühərrik yağının səviyyəsini mütəmadi olaraq yoxlamaq vacibdir.

Mühərrik yağının səviyyəsi necə yoxlanmalıdır?

Yağ səviyyəsinin yoxlanılması üçün iki üsul mövcuddur: Yağ çubuğu vasitəsilə, elektron sensorlar vasitəsilə.

"Müasir avtomobillərin bəzilərində yağ səviyyəsini göstərən elektron sensorlar var. Bu sistem bəzi hallarda yalnız mühərrik yenidən işə salındıqda yağ səviyyəsinin aşağı olduğunu göstərir. Hərəkət zamanı yağın sızması bu sistem tərəfindən dərhal qeydə alınmaya bilər, bu isə ciddi problemlərə yol aça bilər", - deyə məqalədə qeyd olunub.

Yağ səviyyəsi nə zaman yoxlanmalıdır?

İdeal olaraq, hər səfərdən əvvəl mühərrik yağını yoxlamaq tövsiyə olunur. Lakin daha real yanaşma həftədə bir dəfə bu prosesi yerinə yetirməkdir. Aşağıdakı hallarda dərhal yoxlama aparmaq məsləhətdir:

Uzunmüddətli dayanacaqdan sonra - bu zaman yağ sızmalar səbəbindən kritik həddə düşə bilər.

Yüksək sürətlə uzun müddət hərəkət etdikdən sonra - mühərrik yüklənmiş vəziyyətdə daha çox yağ buxarlanır.

Dağ yollarında hərəkətdən sonra - belə şəraitdə mühərrik daha çox yüklənir.

Mühərrikdə optimal yağ səviyyəsi necə olmalıdır?

Mühərrikdə optimal yağ səviyyəsi avtomobil istehsalçısı tərəfindən müəyyən edilir.

Yağ çubuğunda MIN və MAX işarələri olur. Əgər yağın səviyyəsi bu iki göstəricinin ortasında yerləşirsə, bu, ideal variantdır.

Bəzən yağ səviyyəsinin normadan çox olması da müşahidə edilir. Bunun səbəbləri səhvən artıq yağ doldurulması, mühərriyin nasazlığı nəticəsində yağın yanacaq və ya soyuducu maye ilə qarışması ola bilər.

Həddindən artıq yağın fəsadları bunlardır:

Mühərrik daxilində təzyiqin artması - nəticədə sızmalar baş verir.

Yağın köpüklənməsi - yağın tərkibində hava qabarcıqları yaranır və bu, mühərrikin metal hissələrini zədələyir.

Yağın keyfiyyətinin aşağı düşməsi - yağın tərkibindəki əlavələr oksidləşir və öz faydalı xüsusiyyətlərini itirir.

Mühərrik yağını düzgün yoxlamaq qaydası

İsti havada və ya isti qarajda mühərrik əvvəlcədən qızdırılmadan yağın səviyyəsi yoxlana bilər. Bunun üçün avtomobil mütləq düz səth üzərində dayanmalıdır. Əks halda ölçü nəticələri səhv ola bilər.

Soyuq havada yağ daha qatı olur və borularda qalır, bu da real yağ səviyyəsinin müəyyən olunmasını çətinləşdirir. Buna görə də, avtomobili düz səthdə saxlayın və mühərriki qızdırın, mühərriyi söndürüb təxminən 10 dəqiqə gözləyin, adi qaydada yağ səviyyəsini yoxlayın.

Mühərrik işləyən halda yağ səviyyəsini yoxlamaq olarmı?

Adətən, bunu etmək tövsiyə edilmir. Çünki işləyən mühərrikdə yağ nasosu yağı dövriyyəyə buraxır və çubuq real səviyyədən aşağı göstərə bilər. Lakin bəzi sintetik yağlar mühərrik işləyərkən əlavə edilməlidir. Bu barədə avtomobilin istismar təlimatında məlumat olur.

Yağı necə əlavə etməli?

Mümkünsə, eyni markalı yağı istifadə edin. Əgər bu barədə məlumat yoxdursa, istehsalçının tövsiyə etdiyi yağdan istifadə edin. Yağı az-az əlavə edin və hər dəfə çubuqla səviyyəni yoxlayın.

Əlavə ediləcək yağ hansı rəngdə olmalıdır?

Yeni mühərrik yağı şəffaf, qızılı rəngdə olur. İşlənmiş yağ qəhvəyi və ya dizel mühərriklərində tünd qəhvəyi rəng alır - bu normaldır. Qara, çox qatı və ya kremləşmiş yağ ciddi problemin əlamətidir.

Artıq yağı necə boşaltmaq olar?

Bunun üçün böyük bir şpris və damcı borusu lazımdır. Borunu yağdoldurma qapağına daxil edib yağı az-az çıxardın.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri