Icma.az
close
up
RU
Mühərriki söndürməzdən əvvəl 60 saniyə gözləyin: Mütəxəssislərdən xəbərdarlıq

Mühərriki söndürməzdən əvvəl 60 saniyə gözləyin: Mütəxəssislərdən xəbərdarlıq

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avtomobil sahibləri arasında yayılmış bir vərdiş ki, mühərriki maşın dayanan kimi söndürmək lazımdır. 
Avtosfer.az xəbər verir ki, bu proses uzunmüddətli perspektivdə ciddi texniki problemlərə yol aça bilər. Mütəxəssislər bildirirlər ki, mühərriki söndürməzdən əvvəl 30-60 saniyə gözləmək avtomobilin texniki xidmət xərclərini azaltmağa və mühərrikin ömrünü uzatmağa kömək edir.

Mühərrikin dərhal söndürülməsi ciddi fəsadlara səbəb ola bilər

"Avtopilot" portalının məlumatına görə, avtomobil işləyərkən mühərrik və turbokompressor(lar) yüksək temperatura çatır. Maşını dayandıran kimi mühərriki söndürmək bu detalın vaxtından əvvəl aşınmasına və sıradan çıxmasına səbəb ola bilər.

Mühərrik söndürüldükdə yağ dövranı da dayanır. Bu, avtomobilin qaynar hissələrinin qeyri-bərabər soyumasına gətirib çıxarır. Nəticədə metal hissələrdə deformasiyalar yarana, turbokompressor və onun pərləri zədələnə bilər. Uzunmüddətli dövrdə bu, avtomobilin performansına və istismar müddətinə mənfi təsir göstərir. 
Bir vacib məqam: turbokompressor yağla hərəkətə gəlir və onun dövrlər sayı dirsəkli valdan bir neçə dəfə yüksək olur. Mühərrik söndürüldükdə belə, turbokompressor bir müddət ətalətlə işləməyə davam edir. Yağsız mühitdə işlədiyi üçün detallar sürətlə aşınır. Nəzərə alaq ki, bu detalın komponentləri çox incədir və alüminium ərintisindən hazırlanıb.

Təkcə turbomühərrikli avtomobillərə aid deyil

Mütəxəssislər qeyd edirlər ki, bu qayda təkcə turbomühərrikli avtomobillərə deyil, həm də adi benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə də şamil edilir. Qzğın mühərrikdə xüsusən də isti havada dərhal söndürülən mühərrikdə porşen silindrə yapışa bilər. Bu zaman mühərrik əsaslı təmir olunmalıdır. Belə bir halın təzə mühərrikdə baş vermə ehtimalı daha yüksəkdir.  Hər bir halda, mühərrikin dərhal söndürülməsi onun “sağlamlığına” mənfi təsir göstərə bilər.

Buna görə də sürücülərə tövsiyə olunur ki, avtomobili dayandırdıqdan sonra 30-60 saniyə gözləyib mühərriki daha sonra söndürsünlər. Bu sadə tədbir nəqliyyat vasitəsinin ömrünü uzadaraq, bahalı təmir xərclərinin qarşısını almağa kömək edəcək.


Eltac Zülfüqaroğlu 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Mart 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri