Mühit sağlam deyilsə, bacarıqlı olmağın faydası yoxdur
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İş yerində əməkdaşın yaxşı performans göstərməsi üçün təkcə onun bacarığı kifayət etmir.
Ölkə.Az xəbər verir ki, bu barədə iş adamı Roman Süleymanov bildirib. O, fikrini aqronomla olan söhbəti üzərində belə izah edib:
"Aqronom dostum deyir, ölkədə aqronom qıtlığı var, halbuki sahibkarlar yaxşı aqronomlara ayda 15-20 min manat maaş verməyə hazırdırlar. Soruşdum niyə? Deyir ki, kobud izah etsək, bir 1 kq toxumdan 1 ton da məhsul almaq olar, 1000 ton da. Mən isə deyirəm ki, əlbəttə, toxum əla növdürsə, yaxşı məhsul almaq olar. Dostum gülümsədi. Deyir, onsuz da sahibkarlar keyfiyyətli toxum alanda vəsaitə xəsislik etmirlər. Anlayırlar ki, yüksək məhsuldarlıq üçün əsas şərt yaxşı toxumdur. Amma o toxumu zamanında əkmək, günəş şüasıyla (bəzən süni işıqla) təmin etmək, vaxtında gübrəsini, suyunu vermək, düzgün temperaturu saxlamaq və digər faktorlar toxumun keyfiyyətindən az əhəmiyyətli deyil.
Yüksək bacarıqlı əməkdaşı yaxşı toxuma bənzədə bilərik. Onun normal performans göstərməsi üçün yalnızca özünün bacarıqlı olması (toxumun keyfiyyəti) çox azdır. Burada günəş (liderin istiqamətləndirməsi), torpaq (korporativ dəyərlər), temperatur (mühit: toksik və ya sağlam), su və gübrələr (maddi və qeyri-maddi motivasiya) əməkdaşın performansını tətikləyən və ya geri salan amillərdir.
Əməkdaş əgər hansısa bir şirkətdə məhsuldar ola bilmirsə, bunun səbəbi yalnız toxum deyil (toxum da ola bilər), kənar amillərlə də bağlı ola bilər. Əsas odur ki, səbəbi düzgün müəyyən edib zamanında və normasında müdaxilə edilsin (əməkdaşa mentorluq etmək, motivasiyasını artırmaq və s.)".
Billurə
Baxış sayı:83
Bu xəbər 17 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















