Icma.az
close
up
RU
Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... Prezident

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... Prezident

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən il Çin Xalq Respublikasına dövlət səfərim və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra bütün istiqamətlər üzrə əməkdaşlığımızda çox ciddi fəallaşma baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Ötən il Çin Xalq Respublikasına dövlət səfərim və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra bütün istiqamətlər üzrə əməkdaşlığımızda çox ciddi fəallaşma baş verib. Bu, siyasi, iqtisadi, nəqliyyat və digər bütün sahələri əhatə edir. Biz bundan çox məmnunuq və bu əməkdaşlığa böyük əhəmiyyət veririk. Hazırda Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir. Onların bir qismi artıq iri investisiya layihələri həyata keçirir, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edirlər”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev dövlət səfəri zamanı Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdiyini xatırladıb:

“Məmnunluqla qeyd edirəm ki, onların Azərbaycandakı fəaliyyəti artıq real nəticələr verir. Onlar son dərəcə səmərəli, operativ və yüksək keyfiyyətlə işləyirlər. Biz əməkdaşlığımızın yeni bir istiqamətini də açmışıq. Bu, müdafiə sahəsində əməkdaşlıqdır. Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib. Onların bir hissəsi Qələbəmizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirildi. Digər hissəsi hazırda ölkəmizə gətirilir, bəzi layihələr isə hələ müzakirə mərhələsindədir. Biz hərbi-texniki əməkdaşlığın inkişafında çox maraqlıyıq.

Orta Dəhlizə gəlincə, Çindən Azərbaycan vasitəsilə daşınan, eləcə də Azərbaycana yönələn yüklərin həcmi artmaqda davam edir. Artıq qeyd etdiyim kimi, biz əsasən Çindən və Mərkəzi Asiya ölkələrindən gözlənilən yeni yük axınlarını nəzərə alaraq ticarət limanımızın gücünü demək olar ki, iki dəfə artırırıq. Bu sahədə artıq uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Eyni zamanda, dəhliz boyunca yerləşən bir çox ölkələrlə çoxtərəfli əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycanda günəş enerjisinin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sahəyə investisiya yatırmağa nisbətən yaxın vaxtlarda başlasalar da, ölkəmizdə quraşdırılmış bütün günəş panelləri, hətta qeyri-Çin şirkətlərinin həyata keçirdiyi layihələr çərçivəsində istifadə olunan panellər belə Çin istehsalıdır. Yəni Azərbaycanda gördüyünüz istənilən günəş paneli, onu hansı şirkətin quraşdırmasından asılı olmayaraq, Çində istehsal olunub. Bu sahədə qiymət və keyfiyyət baxımından heç bir ölkə Çin istehsalçıları ilə rəqabət apara bilmir. Təsadüfi deyil ki, hazırda Çin şirkətlərindən biri Azərbaycanda günəş panellərinin istehsalı zavodunun tikintisini həyata keçirir. Bu müəssisə gələcəkdə ixrac üçün də məhsul istehsal edəcək”.

Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın son dövrdəki mühüm hadisələrindən biri də BYD şirkəti ilə elektrik avtobuslarının birgə istehsalı layihəsidir:

“Hazırda şəhərdə bunu görmək mümkündür. Bizim iki rəngdə avtobuslarımız var – yaşıl rəngli elektrik avtobusları və ənənəvi qırmızı avtobuslar. Yaşıl avtobusların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Beləliklə, əməkdaşlıq üzrə çoxlu layihələr həyata keçirilir. Münasibətlərimizin inkişafından çox razıyıq. Bizi sevindirən digər məqam isə odur ki, dövlət rəhbərləri səviyyəsində qəbul olunan siyasi qərarlardan konkret layihələrin icrasına keçid çox qısa müddətdə baş verir. Bu xüsusiyyət Çin şirkətlərini bir çox digər tərəfdaşlardan müsbət mənada fərqləndirir. Bəzi şirkətlərlə aylarla, hətta illərlə danışıqlar aparmaq lazım gəlir, sonra isə layihələrin həyata keçirilməsi prosesi də uzanır. Çin şirkətləri ilə isə bütün işlər dəqiq qrafik üzrə irəliləyir. Həm mən, həm də Çin şirkətləri ilə əməkdaşlığa cavabdeh olan bütün dövlət qurumları bu əməkdaşlıqdan çox razıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 İyul 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri