Icma.az
close
up
RU
Mukokonun yaşı saxta imiş!

Mukokonun yaşı saxta imiş!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə il öncə Almaniya və dünya futbolunun ən istedadlı gənclərindən sayılan Yussufa Mukokonun adı ətrafında çox böyük bir qalmaqal qopub. Müqavilə ilə Dortmund “Borussiya”sına məxsus olan kamerunəsilli almaniyalı hücumçu bu mövsümü icarə əsasında Fransa təmsilçisi “Nitsa”da keçirir.

Son olayların ardından onun həm indiyəqədərki, həm də bundan sonrakı karyerası sual altına düşüb.
“O, 2004-cü ildə yox, 2000-ci ildə doğulub”
Şənbə günü Almaniyada “Yalan, yalan, yalan – futbol istedadları və milyon dollarlıq biznes” adlı sənədli filmin nümayişi oldu. “ProSieben” kanalının jurnalistləri və prodüserləri tərəfindən araya-ərsəyə gətirilən film son iki il ərzində Mukoko barədə toplanılan məlumatlar əsasında çəkilib. Onlar qeyd edirlər ki, futbol dünyasında “Mukoko kimilər” çoxdu.
Filmdə gənc futbolçunun atası Cozef Mukoko da çıxış edir. Daha doğrusu, bu filmin nümayişinə qədər hər kəs bu şəxsin Yussufa Mukokonun bioloji atası olduğunu düşünürdü. Sən demə, heç də belə deyilmiş. Əvvəlcə onun filmdə dediyi sensasiyalı faktlarla tanış olaq: “Məhkəmədə verdiyim yanlış ifadənin məsuliyyətini dərk edərək qeyd etmək istəyirəm ki, Yussufa Mukoko mənim bioloji oğlum deyil. O, Kamerunda doğulsa da, heç də sənədlərdə qeyd olunduğu kimi 2004-cü il noyabrın 20-də dünyaya göz açmayıb. Biz doğum şəhadətnaməsini dəyişdik və sonra da Almaniya səfirliyindən pasport alaraq onu Almaniyaya gətirdik. Əslində Yussufa 2000-ci il iyulun 19-da doğulub. Onun yaşını 4 il azaldaraq sənədlərdə doğum tarixini 2004-cü il 20 noyabr qeyd etdik”. Aydın səmada şimşək effekti verən və futbol dünyasında ildırım sürəti ilə yayılan bu tarixi etirafdan dərhal sonra Hambur prokurorluğu məsələni araşdırmağa başladı. Düzdü, araşdırmanın ilkin nəticələri ən yaxşı halda gələn həftə açıqlanacaq. Cozef Mukokonun daha bir diqqətçəkən iddiası ondan ibarətdi ki, “Borussiya”nın akademiyasının sabiq rəhbəri Lars Rikkenin, eləcə də də klubun idman direktoru Sebastyan Kelin Yussufanın sənədlərinin saxta olmasından xəbəri var imiş!
Mukokonun “Borussiya” ilə 2026-nın yayına qədər müqaviləsi var. Hələlik müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdu. Klubun media direktoru Saşa Fliqqeni dinləyək: “Almaniya hökumətinin verdiyi rəsmi sənədlərdə Yussufanın bioloji valideynlərinin adları qeyd olunub. Həmin sənədlər indiyə qədər də bizdədi. Məhz bu sənədlərin əsasında Mukokonun Almaniya və ya xarici bir klubda, eləcə də gənclər yığmasında oynamasının qarşısında heç bir maneə yoxdu”. Təbii ki, bu, rəsmi açıqlamadı və “Borussiya”nın dərhal Mukokonu yıxıb-sürüyəcəyini gözləmək düzgün olmazdı. Amma “Bild” nəşrinin yazdığına görə, rəhbərlik bu futbolçu ilə bağlı böyük xəyal qırıqlığı yaşayır. Müqavilənin pozulması üçün rəsmi əsas yaranan kimi klub rəsmiləri bunu dərhal müzakirəyə çıxaracaqlar. Digər tərəfdən “arılar”ın Yussufanın meneceri ilə də münasibətləri qaydasında deyil. Həmin menecer bu yay “ilk peşəkar müqavilədən sonra Mukokoya çox şey söz verilmişdi. Amma rəhbərlik müqavilədəki şərtlərə əməl etmədi” deyərək “Borussiya”nı tənqid atəşinə tutmuşdu. Məsələnin bir ucu “Nitsa”ya da toxunur. Mukoko bu mövsüm bu klubda 13 rəsmi oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. İcarə müddəti gələn il mayın 31-də başa çatacaq. Üstəlik “Nitsa”nın yayda 17 milyon avroya onu daimi əsasda transfer etmək hüququ da var. Amma çətin ki, fransızlar bu hüquqdan yararlansın. Mukoko onsuz da son vaxtlar gününü ehtiyatda keçirirdi. Bu söhbətdən sonra isə onu, ümumiyyətlə, qışda geri göndərməsələr, yaxşıdı.
Rekordların aqibəti necə olacaq?
Bu yerdə qeyd edək ki, aşağı yaş qruplarında sərgilədiyi inanılmaz məhsuldarlıqdan sonra “Borussiya”nın yeni Messisi elan edilən Mukoko bir neçə önəmli rekordun sahibidi. O, dortmundluların U-17 və U-19 komandasında keçirdiyi 81 rəsmi oyunda 137 (!) qol vurmuşdu. Mukoko 2020-ci il noyabrın 21-də, yəni sənəddə qeyd olunan tarixə görə 16 yaş 1 günlüyündə “Herta” ilə oyunda meydana çıxaraq bundesliqa tarixində forma geyən ən gənc futbolçuya çevrilmişdi. Almaniya futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi an isə dekabrın 18-də baş vermişdi. “Union”la səfər oyununda sonradan meydana çıxaraq 16 yaş 28 günlüyündə fərqlənən Mukoko bundesliqa tarixində qol vuran ən gənc futbolçu ünvanını qazanmışdı. Maraqlıdı ki. hər iki göstəricidə əvvəlki rekord türkiyəli Nuri Şahinə məxsus idi. Və nəhayət, həmin günlərdə bu futbolçu Çempionlar Liqasında da tarixə düşmüşdü. Dekabrın 8-də qrup mərhələsinin “Zenit”lə oyununda 16 yaş 18 günlüyündə meydana çıxmaqla Selestin Babayaroya məxsus rekordu yeniləmiş və turnirin tarixində forma geyən ən gənc futbolçuya çevrilmişdi. Maraqlıdı, görəsən, indi bu rekordların taleyi necə olacaq? Hətta bu rekordlara görə o, Almaniya Futbol İttifaqı (AFİ) tərəfindən gənc oyunçulara verilən “Frits Valter” medalı ilə də təltif olunub. Sonradan “Borussiya”nın əsas komandasında eyni məhsuldarlığı davam etdirə bilməyən və bir qədər gözdən düşən Mukoko həqiqətən 2000-ci il təvəllüddüsə, bu rekordlar və bu medallar ona məxsus olmamalıdı. Hələlik AFİ-nin heç bir rəsmisi bu məsələyə münasibət bildirməyib. Mukokonun 2019-cu ildə imzaladığı və ona ümumilikdə 10 milyon avro qazanc gətirəcəyi güman edilən “Nayk” şirkəti ilə müqavilə də qüvvədədi. Bu şirkət də yəqin ki, araşdırmaya başlayacaq.
Paradoks ondadı ki, Cozef Mukoko 2022-ci il noyabrın 12-də məhkəmədə ifadə verərkən “yanlış ifadənin məsuliyyətini dərk edərək qeyd etmək istəyirəm ki, mən Cozef Mukokoyam və Yussufa mənim bioloji oğlumdu. O, 2004-cü il noyabrın 20-də Kamerunda anadan olub” sözlərini işlətmişdi. Belə vəziyyətdə kimə inanasan? Bir məqam dəqiqdi ki, onun 2 il fasilə ilə verdiyi iki açıqlamadan biri yanlışdı. Buna görə onun cinayət məsuliyyətinə cəlb olunmaq ehtimalı da var. Bir müddət öncə “Bild” iddia etmişdi ki, Mukoko ilə valideynləri arasında ciddi fikir ayrılığı var və onlar uzun müddətdi danışmır. Bəlkə Cozef Mukokonun son açıqlamaları məhz bununla bağlıdı və o, sadəcə oğlundan qisas almaq istəyir? İstənilən halda, bütün suallara yaxın müddətdə aydınlıq gələcək.
ƏLİ RAUFOĞLU hazırladı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see311

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see290

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see244

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see243

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see235

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see232

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see228

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see223

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see218

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see217

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see215

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see210

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see207

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see205

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see203

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see194

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see190

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see188

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri