Icma.az
close
up
RU
“Mülki əhaliyə qarşı törədilmiş vəhşilik bəşəriyyət əleyhinə cinayət idi” ŞƏRH EDİLDİ

“Mülki əhaliyə qarşı törədilmiş vəhşilik bəşəriyyət əleyhinə cinayət idi” ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan xalqı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soyqırıma məruz qalıb”. Bunu SİA-ya millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, erməni cəlladlarının 33 il əvvəl Xocalıda mülki əhaliyə qarşı törətdiyi vəhşilik bəşəriyyət əleyhinə cinayət idi: “Bu soyqırım dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Holokost soyqırımından fərqlənmir. Bir gecədə 63-ü uşaq olmaqla 613 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. Qətillər bir çox beynəlxalq insan haqları təşkilatları tərəfindən də sənədləşdirilib. Dünyanın nüfuzlu KİV-ləri də erməni əsgərlərinin yüzlərlə ailəni məhv etdiyini və “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq mümkün deyil” yazırdılar. Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2000-ci ildə, britaniyalı jurnalist Tomas de Valla müsahibəsindəki etirafı da Xocalıda insanlıq əleyhinə cinayətin düşünülmüş və məqsədli şəkildə baş verdiyini təsdiqləyir”.
Deputat vurğulayıb ki, Azərbaycan soyqırımın beynəlxalq miqyasda öz ədalətli hüquqi qiymətini alması istiqamətində ciddi addımlar atır: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının dünya miqyasında təbliği müsbət nəticələr verib.
Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Kampaniya çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi yad edilir, beynəlxalq ictimaiyyət Xocalıya ədalət tələb edir. 2023-cü il antiterror əməliyyatı nəticəsində isə Xocalı işğaldan azad edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xocalı separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçımız üçrəngli bayrağın Xocalıda ucaldılma anında keçirdiyi hissləri də ictimaiyyətlə bölüşüb: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm”. Xocalıda üçrəngli bayrağımızın dalğalandığı hər gün şəhidlərimizin ruhunu şad edir, bizi qürurlandırır.
Bu gün bütün azad olunmuş ərazilərdə olduğu kimi, Xocalıda da bərpa-quruculuq işləri aparılır, ötən ilin mayında ilkin mərhələdə Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb”.

Nurullayeva bildirib ki, Xocalının Ballıca kəndində isə 460 keçmiş köçkün yerləşib: “Ötən həftə cənab Prezidentin Xocalıya səfəri zamanı biz həyata keçirilən işlərin nəticələrini gördük. Sakinlərlə görüş zamanı dövlət başçısı bir daha bəyan etdi ki, “burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcək”.

Bir sözlə, Xocalıya da bu torpaqların əsl sahibləri qayıtmaqdadır. Bu bölgəmiz də ən inkişaf etmiş ərazilərdən birinə çevrilməkdədir. Amma təbii ki, biz bəşəriyyətin ən qanlı cinayətini unutmayacağıq. Soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasına dair addımlar bundan sonra da davam edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri