Icma.az
close
up
RU
Mülki Məcəlləyə dəyişiklik: Müraciət etməmiş mirasçıların hüquqları qorunacaq

Mülki Məcəlləyə dəyişiklik: Müraciət etməmiş mirasçıların hüquqları qorunacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 may, AZƏRTAC

Mülki Məcəllədə irsi transmissiya ilə bağlı yeni hüquqi mexanizmlər təklif olunur. Həmin mexanizmlər irsi transmissiya prosesində hüquqi boşluqların aradan qaldırılmasını hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bu məsələ mayın 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliklərə əsasən, əgər mirasa hüququ olan şəxs, yəni vərəsə mirasın açılmasından sonra və lakin onu rəsmən qəbul etməzdən əvvəl vəfat edərsə, həmin vərəsənin hüquqları onun öz vərəsələrinə ümumi qaydada ötürüləcək. Beləliklə, ilkin miras qoyanın əmlakı, ölmüş vərəsənin vərəsələri tərəfindən, onun mirasının tərkib hissəsi kimi qəbul edilə biləcək.

Hazırkı qanunvericiliyə görə, irsi transmissiya yalnız vərəsə mirasın açıldığı tarixdən sonra, lakin onu qəbul etməmiş halda vəfat edərsə, baş verir. Bu halda onun hüquqları qanunla müəyyən edilmiş müddət ərzində, yəni, mirasın qəbuluna ayrılmış müddət ərzində onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Yeni dəyişiklik layihəsi bu müddətin azı üç ay olmaqla uzadılmasını nəzərdə tutur ki, ölmüş vərəsənin vərəsələri miras hüququndan istifadə üçün yetərli vaxta malik olsunlar.

Qanun layihəsində o da qeyd olunur ki, əgər mirasın qəbulundan imtina edilməyibsə və vərəsə bu qərarı verməyə imkan tapmadan dünyasını dəyişibsə, bu zaman onun vərəsələri ilkin miras qoyanın əmlakına dair vərəsəlik şəhadətnaməsi almaq hüququna malik olacaqlar. Beləliklə, mirasın qəbulundan imtina edilmədiyi hallarda, irsi transmissiya çərçivəsində mülki hüquqların tam ötürülməsi təmin olunacaq.

Yeni təkliflər irsi transmissiya institutunun hüquqi mexanizmlərini daha da konkretləşdirir və bu sahədə tətbiq edilən prosedurların hüquqi sabitliyini artırır. Eyni zamanda, bu dəyişikliklər miras məsələlərində hüquqi aydınlığı və vərəsəlik münasibətlərinin tənzimlənməsində hüquqi təhlükəsizliyi gücləndirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri