Icma.az
close
up
RU
Müller “Bavariya”nın əfsanəsi və ürəyidi

Müller “Bavariya”nın əfsanəsi və ürəyidi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər mövsüm sona yaxınlaşanda əfsanələrlə vidalaşmaq haqda xəbərlər yayılır: təxminən bir il əvvəl Toni Kroosun karyerasını bitirdiyi, Yürgen Kloppun “Liverpul”dan getdiyi və bəzi başqa ayrılıqlar bəlli oldu. İndi isə Kevin De Bruyne “Siti”dən, Tomas Müller “Bavariya”dan gedir.

Mançesterdə 10 il keçirən Kevinin yerli əfsanəyə çevrildiyi bəllidi, ancaq onun Tomasın Münhendəki statusuna çatmasına çox var. Axı almaniyalı ulduz məhz “Bavariya”nın yetirməsidi, əsas komandada təxminən 18 il əvvəl – 2007-nin avqustunda debüt edib. Onda Messi ilə Ronaldonun heç “Qızıl top”u yox idi, Lamin Yamal bir ay idi dünyaya gəlmişdi, Xosep Qvardiola yenicə məşqçi fəaliyyətinə başlamışdı. Görün o vaxtdan bəri nə qədər sellər-sular axıb...
Erkən parlamaq və ağlasığmaz sabitlik üzündən Müller artıq 34 yaşında oyun sayına görə “Bavariya” tarixinin rekordçusuna çevrildi – ötən ilin sentyabrında hesabında 709 oyun olan Zepp Mayeri arxada qoydu. Tomasın hücum məhsuldarlığı da tam qaydasındadı. Yalnız Levandovski və Tomasın həmsoyadı Herd “Bavariya” üçün ondan daha çox qol vurub. Tomasın hesabında ümumilikdə 500-dən artıq məhsuldar hərəkət var. Razılaşın ki, meydanda da o, nadir hallarda ən parlaq bənd kimi görünür. Bununla belə, həmişə ən effektli oyunçulardandı.
Müllerin meydandakı rolu nədi? Hücumçu, yoxsa yarımmüdafiəçi? Mərkəzdə, yoxsa cinahda? Bombardir, yoxsa assistent? Hamısı bir yerdə! Çoxdan məlumdu ki, Tomas yeni amplua icad edib – “raumdoyter” (tərcümədə “boşluq axtaran” deməkdi). Belə də demək olar: mövqesiz mövqe. Əslində bu məqamda alman futbolçunun sonsuz universallığından və intellektindən danışmaq lazımdı. O, harda olmağın, topu hara ötürməyin, necə zərbə vurmağın lazım gəldiyini bilir. Dəhşətli dərəcədə unikaldı.
Rəqəmlərə dönməklə futbolçunun çoxplanlı və çoxçalarlı olduğunu təsdiqləmək istəyirik. Baxın: Müller ÇL-də həm məhsuldar ötürmə (34), həm də qol (57) sayına görə ilk “10-luğ”dadı. Tomasdan başqa yalnız üç futbolçu belə nəticə ilə öyünə bilər – Messi, Ronaldo və Benzema. O, dünya çempionatının “Qızıl buts”un qazanıb və ötürmə sayına görə bundesliqada rekord müəyyənləşdirib – ardıcıl üç mövsüm 20-dən çox məhsuldar ötürmə verib.
Ümumiyyətlə, Mülleri sevməmək çətindi. Şən və xeyirxah oğlandı, məşqlərdə zarafat edir, oyundaşlarını meydanda ruhlandırır, ətrafındakıların hər birinə xoş sözlər deyir. Bir neçə ibrətamiz nümunə var. Almaniyalı ulduz karyerası boyunca yalnız bir dəfə qırmızı vərəqə alıb, onu da təsadüfən. Bilmədən Nikolas Talyafikonun başına ayaqla vurub və dərhal ondan üzr istəyib, hakimlə qətiyyən mübahisə etməyib.
Bəs Maradonanın məşhur açıqlamasını xatırlayırsızmı? Dünya futbolunun əfsanəsi Müllerlə birgə mətbuat konfrasından əvvəl belə demişdi: “Bol-boy ilə eyni masa arxasında əyləşmək istəmirəm”. Bu məqamda sakitcə salonu tərk edən futbolçu dörd ay sonra dünya çempionatının 1/4 finalında Argentinanın qapısına qol vurmaqla darmadağının əsasını qoymuşdi. Alman sonradan bu hadisəni belə xatırlayırdı:

“O, sadəcə, mənim kim olduğumu bilmədi. Topdaşıyan oğlanla bir masa arxasında oturmaq istəmədiyini deməklə məni salondan göndərdi. Düşünürəm ki, indi məni belə adlandırmaz. Mənim üçün əlavə motivasiya olmadı, sadəcə, mediaya yaxşı mövzu verdi. 1/4 final oyunundan əvvəl və sonra geninə-boluna yazdılar. Özü də ilk qolu mən vurdum. Qəzetlər bu mövzuda çox zarafat etdi”.


Görürsüzmü, zərrəcə qəzəb, acılıq yoxdu. Əksinə, ehtirasları özünəməxsus şəkildə yatırır.
Və onlarla gülməli video: Tomas atı qıcıqlandırır, Kriştianonu parodiya edir, Levanqolski ləqəbini düşünür, Filipp Lamın müsahibəsi fonunda ham-ham edir, əlində meqafon məşq edir, ətrafındakıları pivə ilə isladır... Əlbəttə, belə personaj istənilən paltardəyişmə otağında lazımdı.
Müller “Bavariya”nın canına can qatan adam idi. Meydanda da, ondan kənarda da. Zərrəcə şişirtmədən demək olar ki, klubun qəlbi idi. Və onun “Bavariya”dan bu şəkildə ayrılmasına görə təəssüflənməmək olmur. Toması dinləyək:

“Klub bilərəkdən növbəti mövsüm üçün müqavilə ilə bağlı mənlə danışıq aparmamağa qərar verdi. Bu, mənim arzularımla uyğun gəlməsə də, klubun öz təsəvvürlərinə sadiq qalması vacibdi. Sözsüz, İdarə Heyətinin və Müşahidə Şurasının heç də asanlıqla vermədiyi bu qərara hörmət edirəm”.


Görürsüzmü, hətta onunla danışıq da aparmayıblər. Belə nəhəng fiqura münasibətdə çox yersiz davranışdı. Müqayisə üçün deyək ki, Florentino Peres Luka Modriç naminə çoxdankı prinsiplərindən geri çəkildi, payızda 40 yaşını tamamlayacaq xorvata, çox güman, yeni müqavilə təklif edəcək. Müller isə 35 yaşda evini tərk edir. Tomas hələ ki karyerasını bitirdiyini elan etməyib, ancaq onu başqa hansısa klubda təsəvvür etmək qeyri-adi dərəcədə çətindi. Qoy olsun, bu dahi futbolçu bütün idman həyatı boyunca lazımi boşluğu axtarıb və tapıb. Yəqin bu dəfə də səhv etməz!
Yeri gəlmişkən...
Tomas “Bavariya”nın heyətində 744 oyuna çıxıb, 248 qol vurub. Cari mövsümdə bütün turnirlərdə iştirak etdiyi 35 oyunda 6 qolu, 5 məhsuldar ötürməsi var. Münhen klubu ilə 2 dəfə ÇL-in, 12 dəfə bundesliqanın, 6 dəfə ölkə kubokunun qalibi olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri