Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib

Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində -  Ərəb Dövlətləri Liqasının baş ofisində keçirilən beynəlxalq konfransda iştirak edib. “İslamofobiya: Mövcud qlobal kontekstdə konsepsiya və təcrübə” adlı beynəlxalq konfrans Ərəb Dövlətləri Liqası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən təşkil olunub. Konfransın əsas məqsədi dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh, qarşılıqlı hörmət və təhlükəsizliyə töhfə verməkdir. Konfransda islamofobiyanın səbəbləri, onun yayılması, cəmiyyətlərə və beynəlxalq təhlükəsizliyə təsiri müzakirə edilib. Təhsil, vətəndaş cəmiyyəti və dövlətlərarası əməkdaşlığın bu problemlə mübarizədə rolu da əsas mövzulardan biri olub. Müzakirələrdə tolerantlığın, dialoqun və birgəyaşayışın vacibliyi vurğulanıb.

Konfransda çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov  bildirib ki, İslamofobiya bu gün dünyada ciddi və sistemli ayrı-seçkilik problemidir, demokratiyanın əsas prinsiplərinə – bərabərlik, din azadlığı və ədalətə  ziddir.  Bu problem təkcə qərəz deyil, həm də qanunvericilikdə, mediada və ictimai rəydə müsəlmanlara qarşı diskriminasiyaya yol açan təhlükəli tendensiyadır. R.Həsənov vurğulayıb ki,  problemin effektiv həlli üçün beynəlxalq əməkdaşlıq, maarifləndirmə, media və gənclərin iştirakı ilə birgə layihələr vacibdir. O, Azərbaycanın islamofobiyaya qarşı mübarizədə göstərdiyi səylərdən də danışıb. Qeyd edib ki, Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin təşviqində həm regionda, həm də beynəlxalq səviyyədə fəal rol oynayır. Ölkəmiz islamofobiya ilə mübarizədə beynəlxalq təşəbbüslər irəli sürür və bu məqsədlə böyük konfranslar, forumlar təşkil edir. Rəvan Həsənov islamofobiyaya qarşı mübarizənin yalnız müsəlmanların deyil, bütövlükdə insan haqlarının və demokratiyanın müdafiəsi olduğunu xüsusi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri