Münaqişə qaçılmazıdır: İlk zərbə bu ölkədən gələcək Sensasiya
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniya Baş nazirinin London və Parisin atəşkəsdən sonra Ukraynada hərbi bazalar tikməyi planlaşdırdığına dair açıqlaması geniş müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. Qeyd olunub ki, bu planlar rəsmi olaraq Kiyev üçün təhlükəsizlik zəmanətləri kimi təqdim edilsə də, bəzi mənbələr bunu NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi mövcudluğunu gücləndirməsi kimi qiymətləndirir.
Daha əvvəl “İzvestiya” Qərbin mümkün atəşkəsi gərginliyin azaldılması deyil, Ukrayna ərazisinə qoşunların yenidən yerləşdirilməsi üçün fürsət kimi istifadə edə biləcəyini iddia edirdi.
Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron və Britaniya Baş naziri Kir Starmer Ukrayna rəhbərliyi ilə hərbi bazaların tikintisi ilə bağlı niyyət sənədi imzalayıblar.
Analitiklər hesab edir ki, bu cür bazalar ilkin mərhələdə təlimatçı və texniki heyət üçün nəzərdə tutulsa da, sonradan müxtəlif Avropa ölkələrindən hərbi kontingentlərin yerləşdirilməsinə zəmin yarada bilər.
Analitiklərin fikrincə, bu proses Avropa ölkələrinə uzun illər sonra müasir quru müharibəsi təcrübəsi qazanmaq imkanı verir və gələcəkdə NATO daxilində daha sıx hərbi koordinasiyaya yol aça bilər. Məlumata görə, ilkin variantda Rusiya NATO-ya zərbə endirməkdən qaçınmayacaq və münaqişə ssenarisi reallaşacaq.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 07 Yanvar 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















