Münaqişə regiondan kənara yayılacaq... İran xəbərdarlıq etdi
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın İranın mülki obyektlərinə qarşı hücumlarla bağlı təhdidlərinin həyata keçirilməsi münaqişənin region hüdudlarından kənara yayılmasına və Yaxın Şərqin enerji infrastrukturuna zərbələr endirilməsinə səbəb ola bilər.
"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahı bəyanat yayıb.
"Əgər ABŞ-ın təhdidləri həyata keçirilərsə, İran Silahlı Qüvvələri bir damcı belə neftin ixracına imkan verməyəcək. Regionun neft, qaz, elektrik enerjisi və iqtisadi infrastrukturları zərbələrin hədəfinə çevriləcək", – deyə qərargahın bəyanatında bildirilib.
Vurğulanıb ki, Vaşinqton tərəfindən təkrarlanan təhdidlər regionda və hətta onun hüdudlarından kənarda müharibənin genişlənməsindən başqa heç bir nəticə verməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 23 İyul 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















