Münaqişə tipli halların olması qaçılmazdır Emin Əmrullayev
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq. Baş verən bütün hallara qanunvericilik çərçivəsində baxılmalıdır. İnzibati qaydada pozuntular, cinayət xarakterli məsələlər varsa, bunları hüquq-mühafizə orqanlarına yönləndiririk. Təlim-tərbiyə ilə bağlı məsələdirsə, problemi valideynlərlə həll etməyə çalışırıq", - deyə nazir bildirib.
Baxış sayı:45
Bu xəbər 12 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















