Icma.az
close
up
RU
Münaqişə yenidən alovlandı: Genişmiqyaslı müharibə başlayır?

Münaqişə yenidən alovlandı: Genişmiqyaslı müharibə başlayır?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Hindistanın Pakistana və Kəşmirin Pakistan tərəfindən idarə olunan hissələrinə raket zərbələri endirməsi iki ölkə arasında artan gərginliyin birbaşa hərbi eskalasiyaya çevrilmək risklərini müzakirə mövzusu edir. Hindistan aviazərbələri “terror infrastrukturuna” qarşı əməliyyat kimi qiymətləndirib, Pakistan isə artilleriya atəşləri ilə cavab verdiyini və Hindistan qırıcılarını vurduğunu bildirib”.

Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov iki nüvə gücü – Hindistan və Pakistan arasında hərbi toqquşmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı ilə bağlı danışarkən deyib.

O bildirib ki, hazırkı münaqişənin başlanmasını tətikləyən geosiyasi amillər var:

“Pakistan-Hindistan gərginliyi Kəşmirdə baş verən terror aktına görə məzmun və formasını yenilədi. Bu, Hindistanla Pakistanı Kəşmirdəki nüfuz xətlərini, hərbiləşdirilmiş əraziləri yeniləməsi üçün geosiyasi istiqamətləri təyin edir.

Hindistanın əlində isə nüvə silahından da güclü psixoloji təzyiq vasitəsi olan su resursları var. Hindistanın öz çaylarının Pakistana axmasına icazə verən 1960-cı il müqaviləsindən çıxması Pakistanın kənd təsərrüfatına ciddi ziyan vurur.

Bütün bunlar, üstəlik baş vermiş son hərbi toqquşma iki ölkə arasında hərbi və diplomatik arxa kanalların demək olar ki, tamamilə aradan qaldırıldığını deməyə əsas verir. Ancaq bu deyilənlər təqdim olunan informasiya görüntülərinə istinad edən fikirlərdir. Hadisələrin arxa fonu daha böyük strateji hesablamalara toxunulmasını zəruri edir.

İlk növbədə, Pakistan son illərdə Çinin ekspansasiyasına şərait yaradıb, artıq Pekin İslamabadın hərbi sənayesinə qədər dərindən nüfuz etməyi bacarıb. Yəni regionda Çin-Pakistan üstünlükləri Hindistanı öz hərbi modernləşməsini sürətləndirməsinə gətirib çıxarır. Baş verən toqquşmalar bir növ hərbi arsenalların nə qədər uzağa getdiyini test edir, Çinin bu cəbhədə “müharibə apara biləcəyini” yoxlamağa şərait yaradır.

İkincisi, Hindistanın arxasında ABŞ və Fransa dayanır, hərçənd ki, baş verənlər əsas dəstəkçi kimi diqqəti daha çox Vaşinqtona yönləndirir.  ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Pakistanla Ağ Ev arasında hərbi təhlükəsizlik əlaqələri zəifləyib, hətta pisləşib.

Aqşin Kərimov

Bu azmış kimi, Pakistan Çinin “Bir kəmər, bir yol Təşəbbüsünün” flaqman tərəfdaşıdır. Belə bir zamanda ABŞ-nin Çinə qarşı elan etdiyi tarif müharibəsinin nəticə verməməsi Ağ Evi alternativ məşqə istiqamət almasına səbəb oldu. Bu, Hindistan-Pakistan münaqişəsinin alovlanması, lakin Ağ Evin idarəsindən kənara çıxmaması ssenarisinə uyğun siyasətin tətbiqi idi. ABŞ-nin əsas məqsədi Hindistan-Pakistan konflikti vasitəsilə Pakistan-Çin əməkdaşlığına zərbə vurmaq modelinə əsaslanır.

Üçüncüsü, ABŞ-nin nəhəng ticari-iqtisadi ambisiyalarında görünür. Vaşinqton Ukrayna kimi, Pakistanla da minerallara çıxış əldə etmək üçün saziş imzalamağa tələsir. Bu, Çinin regionda iqtisadi ekspansiyasına qarşı alternativdir. Bir sözlə, Pakistan-Hindistan savaşı ABŞ-nin Çinə qarşı tərəqqisinə xələl gətirmədən inkişaf etməlidir, hərçənd ki, Pekinin bundan sonrakı addımları maraq doğurur.

Bu üç məqam ABŞ strategiyasının dərinliyini qeyd edir: Vaşinqton həm Pakistanı Çinin nüfuz dairəsindən çıxarmaq istəyir, həm də Hindistanı Çinə qarşı alternativ qüvvə kimi təkmilləşdirir”.

Ekspert deyib ki, strateji baxımdan tammiqyaslı müharibə nə Hindistanın, nə də Pakistanın maraqlarına cavab verir:

“Çünki Hindistanla Pakistan uzunmüddətli müharibəyə tab gətirə bilməz. Hindistanın gələcək eskalasiyadan yayınmaq üçün əməliyyatları “fokuslanmış, ölçülüb-biçilmiş və gərginləşdirilməmiş” əməliyyat kimi xarakterizə etməsi özü də həmin məntiqə istinad edir. Bununla belə, Hindistan-Pakistan gərginliyinin regiona hansı səviyyədə yayılması narahatlıqları artırır.

Bunun müşayiətində ABŞ Çini təhlükəli münaqişələrə cəlb etmək istəyərkən, Pekin diqqətli balanslaşdırma aktını həyata keçirəcək. Hind-Sakit Okean regionunda ABŞ-Hindistan tərəfdaşlığı güclənən Çin təsirləri ilə üzləşərək region üçün əlavə xərclərin çəkilməsini aktuallaşdıracaq. ABŞ ilə Hindistan Çinin bu böyük regionda üstün təhlükəsizlik təminatçısı kimi fəaliyyət göstərə bilməsi ehtimallarından ehtiyat edir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see305

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see168

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see148

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see120

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri