Icma.az
close
up
RU
Münaqişənin bitməsi hər bir tərəfin marağına uyğundur Deputat

Münaqişənin bitməsi hər bir tərəfin marağına uyğundur Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə səfəri zamanı bildirib ki, Ukraynada atəşkəsə yaxın həftələr və ya aylar ərzində nail olmaq mümkündür.  Ukrayna liderinin sözlərinə görə, bir daha müharibənin qaynar fazasına qayıtmamağı təmin etməklə yanaşı, həm də real diplomatiyaya aparan yolu açacaq təminat lazımdır.
Mövzu ilə əlaqədar Demokrat.az millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib.
O bildirib ki, bu gün prosesin təhlili göstərir ki, həqiqətən hər iki ölkə müharibədən yorulub:
“Hər iki ölkə çox ciddi çətinliklərlə üz-üzədir. Mənəvi ab-hava da o qədər də yaxşı deyil. Artıq hər iki xalq müharibədən bezibdir. Onlar müharibənin əslində bitməsini arzulayır və istəyirlər. ABŞ da bunun üçün çalışır. Əlbəttə, Ukrayna və Ukrayna xalqı da onlara uyğun olan şərtlərlə müharibənin ən qısa vaxtda bitməsini istəyir və bitməsinin tərəfdarıdır. O mənada bu cür cəhdlər önəmlidir. Yəni, dünyamız çox gərgin, ağır bir vəziyyətdədir. Ona görə belə bir qərarın qəbul edilməsi olduqca önəmlidir. Belə addımlar bölgəmizə sülhün gəlməsi baxımından da olduqca önəmli və əhəmiyyətli bir qərardır. Hazırda proses Rusiyadan daha çox asılıdır. Yəni, Rusiya tərəfi əgər ümumi prosesə öz töhfəsini verərsə, hesab edirəm ki, sülh çox yaxındır”. 
Deputat diqqətə çatdırıb ki, ən qısa müddətdə sülh müqaviləsi imzalana bilər:
“Ona görə burada sülh heç də uzaqda deyil. Hesab edirəm ki, bu mənada onlar da başa düşür anlayırlar ki, müharibənin uzanması, müharibənin daha bir uzun vaxt çəkməsi onlar üçün də iqtisadiyyat üçün və vətəndaşları üçün də ciddi bir itki yaradır. Ona görə onlar da maraqlıdırlar ki, proses çox uzanmadan, ən qısa vaxtda yekunlaşın. Çox yaxındır demək olmaz, ən azından cəhdlər var və düşünürəm ki, zamanla hər iki tərəf anlayacaq ki, sülh müqaviləsini imzalamanın artıq vaxtıdır.  Çünki prosesin bu formada uzanması onların heç birinin marağına uyğun deyil. Üç ildən artıq baş verən müharibədə tərəflərin heç biri uğur qazana bilməyib. Bu gündən sonra da uğur qazana bilməyəcəklər.  Müharibənin hər iki tərəfi uduzubdur. Münaqişənin bitməsi hər bir tərəfin marağına uyğundur”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri