Icma.az
close
up
RU
Münaqişənin regionalmiqyaslı bir müharibəyə çevrilmək təhlükəsi var ŞƏRH EDİLDİ

Münaqişənin regionalmiqyaslı bir müharibəyə çevrilmək təhlükəsi var ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ümumiyyətlə, İsrail-İran münasibətləri bütün Yaxın və Orta Şərq, eləcə də müəyyən qədər Mərkəzi Asiya və Qafqaz üçün yaxşı bir gələcək vəd etmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, son 30-40 il ərzində bu münasibətlərin həmişə gərgin qalması dünyanı və bu bölgəni narahat vəziyyətdə saxlayıb: "Hazırda müvəqqəti atəşkəs elan olunub, lakin onun uzun müddət davam edəcəyinə dair heç bir təminat yoxdur. Atəşkəsdən sonra atılacaq addımlar, imzalanacaq hər hansı bir saziş və onun icra olunub-olunmayacağı da qeyri-müəyyəndir.Belə bir şəraitdə hər iki ölkə öz iddialarından geri çəkilmir və özlərini haqlı sayır. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar hər an yenidən başlaya və davam edə bilər. Aydındır ki, bu vəziyyət bölgə üçün yaxşı gələcək vəd etmir. Çünki bu münaqişənin regional miqyaslı bir müharibəyə çevrilmək təhlükəsi var. Həmçinin, regionda yeni ölkələrin də bu münaqişəyə müxtəlif formalarda cəlb olunması riski artır. Müharibə və gərginlik davam etdikcə, onun təsirləri ətraf dövlətlərə də yayıla bilər.Nəzərə alsaq ki, İran müəyyən dərəcədə nüvə proqramına sahibdir, ona ediləcək hərbi zərbələrin radiasiya təhlükəsi yaradacağı da istisna olunmur. Bu isə qonşu ölkələr üçün, xüsusən də radiasiya təhlükəsi baxımından ciddi narahatlıq doğurur. Heç bir ölkə istəməz ki, onun yaxınlığında hərbi əməliyyatlar və müharibə olsun. İranın ətrafında yerləşən ərəb ölkələri, Pakistan, Əfqanıstan, Mərkəzi Asiya dövlətləri, Qafqaz ölkələri, Türkiyə və Azərbaycan da bu narahatlıqları bölüşür. İsrail-İran münasibətləri müharibə vəziyyətində qaldıqca, bütün bu ətraf qonşular üçün, o cümlədən Azərbaycan üçün də ciddi narahatlıq doğuran vəziyyət yaranır".

Müəllif: Söylü Ağazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri