Icma.az
close
up
RU
“Münasibətlərin yüksələn xətlə davam edəcəyinə ümid edirik”

“Münasibətlərin yüksələn xətlə davam edəcəyinə ümid edirik”

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefon zəngi həm Azərbaycan, həm də Amerika ictimaiyyətində böyük maraq doğurdu. Dövlət başçısı Donald Trampın prezident seçilməsini Amerika xalqının onun siyasi kursunu dəstəkləməsi kimi qiymətləndirdi. Eyni zamanda Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin edilməsində böyük rol oynadığı da vurğulandı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, ABŞ dünyanın aparıcı, iri dövlətlərindən biridir: “ABŞ-ın bütün sahələr üzrə həyata keçirdiyi siyasət dünyada gedən proseslərə ciddi təsir göstərir. Bu baxımdan Donald Trampın prezident seçkiləri dövründə verdiyi bəyanatlar böyük diqqət doğururdu. Bu bəyanatlar ABŞ-ın təhlükəsizlik sistemində rolunun möhkəmləndirilməsində, konfliktlərin aradan qaldırılması, müharibələrin dayandırılması, eyni zamanda bəşəriyyətin inkişafına zərər vuran neqativ halların aradan qaldırılması kimi tezislər səsləndirildi. Prezident cənab İlham Əliyev Donalt Trampın prezidentliyi dövründə bunların böyük rol oynayacağını bir daha vurğuladı.

Dövlət başçısı Amerikanın yeni prezidenti ilə telefon danışığı zamanı Trampın birinci prezidentliyi dövründə Azərbaycan-Amerika münasibətlərinin yüksək səviyyədə olduğunu və bundan sonra da bu xəttin davam etdiriləcəyinə ümid bəslədiyini qeyd etdi. Donald Tramp birinci prezidentliyi dövründə dünyada gərginliyin azaldılması, hərbi münaqişələrin dayandırılması istiqamətində böyük işlər gördü. Tramp ABŞ-ın yeganə prezidentlərindəndir ki, onun hakimiyyəti dövründə ABŞ heç bir hərbi münaqişədə iştirak etmədi, heç bir ölkəyə hərbi qüvvəsini göndərmədi. Seçki ərəfəsində D.Trampın Rusiya-Ukrayna müharibəsini dayandıracağı ilə bağlı fikirləri diqqəti cəlb edirdi. Şübhəsiz ki, müharibənin dayandırılması, Rusiya ilə gərginliyin azaldılması dünyada təhlükəsizliyin təmin edilməsində böyük rol oynayar. Bu baxımdan ölkə başçısının D.Trampla telefon danışığında məhz bu məsələlərə diqqət yetirməsi çox mühüm idi. Belə ki, Azərbaycan da istənilən problemin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verir, həmçinin təhlükəsizlik və stabilliyin qorunmasını beynəlxalq birliyin əsas məsələlərindən birini hesab edir. Bu mənada ölkə başçısının Trampla telefon danışğı əlaqələrin inkişafına və beynəlxalq sistemdəki risklərin azaldılmasına kömək edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri