Icma.az
close
up
RU
Münhendə unikal rekord və darmadağın qeydə alındı

Münhendə unikal rekord və darmadağın qeydə alındı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qış fasiləsi ərəfəsindəki son turun mərkəzi oyunu keçirildi.

“Bavariya” ilə “Leyptsiq”in budəfəki dueli unikal bir hadisə ilə start götürdü. Musiala 29-cu saniyədə hesabı açdısa, Şeşko 103-cü saniyədə bərabərlik qolunu vurdu. 61 illik bundesliqa tarixində ilk dəfə hər iki komanda oyunun ilk iki dəqiqəsində fərqlənməyi bacardı! Amma qalan müddətdə oyun, demək olar, təkqapı getdi. Rəqibdən bir baş üstün oynayan Münhen nəhəngi hələ fasiləyə qədər daha iki qol vuraraq intriqanı öldürdü. Nəticədə “öküzlər”i 5:1 hesabı ilə darmadağın edən “rekordmayster” ötən turda “Maynts-05”lə oyundakı məğlubiyyəti çox tez unutduğunu göstərdi. Son 5 turda 3-cü dəfə uduzan və liderdən 9 xal geri düşən “Leyptsiq”i isə çox güman, artıq çempionluq uğrunda mübarizədən silmək olar.
Ümumiyyətlə, belə görünür, bu mövsüm çempionluq mübarizəsində “Bavariya”nın yeganə rəqibi “Bayer-04” olacaq. Çünki digər komandalar gerilədiyi halda, Xabi Alonsonun yetirmələri əla nəticələr əldə edir. Bu tur son çempion doğma fanatları önündə “Frayburq”a heç bir şans vermədi. Halbuki qonaqlar tura 5-ci pillədə daxil olmuşdular. Şikin mükəmməl performansı sayəsində leverkuzenlilər 5:1 hesablı parlaq qələbə qazandılar. “Bayer-04” bütün turnirləri nəzər almaqla ardıcıl 8-ci qələbəsini qazandı. 5:1 şənbə gününün ən populyar hesabı oldu. Debütant “Holştayn” da doğma meydanda gözlənilmədən “Auqsburq”u məhz bu hesabla darmadağın etdi. Bununla da “Holştayn” son 16 ildə bundesliqada bir oyuna 5 qol vuran ilk debütant oldu. Sonuncu dəfə bunu 2008-in oktyabrında “Hannover-96”ya qarşı oyunda “Hoffenhaym” bacarmışdı (5:2). Tur digər debütant “Sankt Pauli” üçün də uğurlu alındı. Hamburq təmsilçisi gözlənilmədən çətin “Ştutqart” səfərindən minimal hesablı qələbə ilə qayıtdı.
Turun daha bir sürprizi Frankfurtda qeydə alındı. Ötən həftə “Bavariya”ya mövsümdə ilk məğlubiyyəti yaşadan “Maynts-05” bu dəfə səfərdə “Ayntraxt”ı məğlub etməklə 5-ci pilləyə yüksəldi. “Karnavalçılar” bu mövsüm səfərdə 6-cı dəfə bir oyuna ən azı 3 qol vurdular. “Böyük beşlik”də başqa heç bir komanda belə göstərici ilə öyünə bilməz! 3-cü pillə ilə 11-ci pillə arasında cəmi 6 xallıq fərqin olması onu göstərir ki, bu mövsüm bundesliqada ÇL-ə və avrokuboklara vəsiqə uğrunda sona qədər çox gərgin mübarizə izləyəcəyik.
Digər qarşılaşmalarda ilklər qeydə alındı. “Haydenhaym”ı 2 cavabsız qolla yenən “Bohum”, nəhayət, mövsümdə ilk qələbəsini qazandı. “Borussiya” isə “Volfsburq”u ilk yarıda vurduğu qollarla məhv etdi. Nuri Şahinin komandası bu mövsüm bundesliqada 7-ci səfər oyununda ilk dəfə qalib gəldi.
Brandt “Borussiya”nın heyətində 171-ci bundesliqa oyununda ilk dəfə hesabına həm qol, həm də məhsuldar ötürmə yazdı.
15-ci tur
Bavariya – Leyptsiq 5:1

Musiala, 1. Laymer, 25. Kimmix, 36. Sane, 75. Devis, 78 – Şeşko, 2. (75000)
Bavariya: Perets, Laymer (Pavloviç, 69), Upamekano, Kim Min Ce (Dayer, 82), Devis (Gerreyro, 82), Qoretska, Kimmix, Olise (Tel, 82), Musiala, Sane, Keyn (Müller, 87).
Leyptsiq: Qulaçi, Henrixs, Zayvald, Orban, Qeertruyda (Klostermann, 82), Nusa, Baumqartner, Şlager (Kampl, 74), Vermeeren (Raum, 82), Şeşko (Andre Silva, 74), Openda.
Volfsburq – Borussiya D 1:3
Vavro, 58 – Malen, 25. Bayer, 28. Brandt, 30. (28917)
Borussiya: Kobel, Qross, Əmrə Can, Şlotterbek, Bensebayni, Nmeça, Brandt (Reyna, 87), Malen (Anton, 64), Gittens (Adeyemi, 87), Bayer (Kouto, 75), Girassi.
Bayеr-04 – Frayburq 5:1
Şik, 45+1; 67; 74; 77. Virts, 51 – Qrifo, 55. (30000)
Bayer-04: Qradetski, Frimponq (Artur, 80), Tapsoba, Ta, İnkapye (Belosyan, 83), Qrimaldo (Mukiele, 80), Caka, Palasios, Tella (Terrye, 69), Virts, Şik (Qarsiya, 80).
Ştutqart – Sankt Pauli 0:1
Y.Eqqeştayn, 21. (60000)
Ştutqart: Nübel, Vaqnoman (Rider, 65), Ruo (Çeys, 46), Şabo (Ştensel, 74), Mittelştadt, Fürix, Kaytel (Malanqa, 89), Ştiller, Miyo, Voltemade, Demiroviç.
Ayntraxt F – Maynts-05 1:3
Kristensen, 75 – Kaua Santos, 15-öz qapısına. Nebel, 27; 58. (58000)
Ayntraxt: Kaua Santos, Kollins (Can Uzun, 46), Kristensen, Kox, Teate, Çaibi (Knauff, 60), Höylunn (Bahoya, 61), Braun, Skiri (Larsson, 46), Marmuş, Ekitike (Matanoviç, 71).
Verder – Union 4:1
Qrüll, 13; 17. Vayzer, 45. Staqe, 87 – Şafer, 23. (42100)
Hoffеnhaym – Borussiya M 1:2
Kramariç, 58-p. – Sander, 23. Plea, 61. (2893)
Holştayn – Auqsburq 5:1
Rozenbum, 12. Harres, 32; 35. Maçino, 39; 90+1 – Klod-Moris, 5. (14830)
Bohum – Haydenhaym 2:0
Broşinski, 6. Bero, 38. (24328)
1. Bavariya 15 11 3 1 47-13 36
2. Bayer-04 15 9 5 1 37-21 32
3. Ayntraxt F 5 8 3 4 35-23 27
4. Leyptsiq 15 8 3 4 24-20 27
5. Maynts-05 15 7 4 4 28-20 25
6. Borussiya D 15 7 4 4 28-22 25
7. Verder 15 7 4 4 26-25 25
8. Borussiya M 15 7 3 5 25-20 24
9. Frayburq 15 7 3 5 21-24 24
10. Ştutqart 15 6 5 4 29-25 23
11. Volfsburq 15 6 3 6 32-28 21
12. Union 15 4 5 6 14-19 17
13. Auqsburq 15 4 4 7 17-32 16
14. Sankt Pauli 15 4 2 9 12-19 14
14. Hoffenhyaym 15 3 5 7 20-28 14
16. Haydenhaym 15 3 1 11 18-33 10
17. Holştayn 15 2 2 11 19-38 8
18. Bohum 15 1 3 11 13-35 6
Bombardirlər: Keyn (Bavariya) – 14, Marmuş (Ayntraxt F) – 13, Burkardt (Maynts-05) – 10, Klayndinst (Borussiya M), Musiala (Bavariya), Şik (Bayer-04) – 9.
Növbəti turun oyunları gələn il yanvarın 10-12-si aralığında keçiriləcək: Auqsburq – Ştutqart, Borussiya M – Bavariya, Borussiya D – Bayеr-04, Frayburq – Holştayn, Haydenhaym – Union, Hoffеnhaym – Volfsburq, Maynts-05 – Bohum, Lеyptsiq – Verder, Sankt Pauli – Ayntraxt F.
Turun rəqəmi
50 – Xabi Alonso məşqçi kimi bundesliqada 75-ci oyununda 50-ci qələbəyə sevindi (17 heç-heçə, 8 məğlubiyyət). Bu, 50 qələbəyə ən tez çatmaq baxımından bundesliqa tarixinin ikinci ən yaxşı göstəricisidi. Yalnız Qvardiola “Bavariya”nı çalışdırdığı dönəmdə 50 qələbə həddinə daha tez – 61-ci oyunda çatıb.
Turun ulduzu
Patrik Şik (Bayer-04) – ötən mövsüm “Qarabağ”a da qənim kəsilən çexiyalı bundesliqada diqqətçəkən performans sərgiləməkdə davam edir. Təcrübəli forvard bu tur heç də zəif olmayan “Frayburq”la görüşdə coşaraq birdən-birə 4 qol vurdu. Bu, onun bundesliqada artıq ikinci pokeridi! Şik daha öncə 2021-in dekabrında “Qroyter”lə ev oyununda (7:1) da 4 qol vurmuşdu. Ən əsası Şik bundesliqada 124-cü oyunda vurduğu qolların sayını 62-yə çatdırdı. Bununla da o, Yan Kolleri (152 oyun, 61 qol) geridə qoyaraq turnirin tarixinin ən məhsuldar çexiyalı futbolçusuna çevrildi.
Turun sitatı
Coşua Kimmix, “Bavariya”nın yarımmüdafiəçisi:

“Düzdü, erkən qoldan sonra bərabərlik qolunu bu qədər tez buraxacağımızı gözləmirdik. Amma fikrimcə, ilk dəqiqələrdən hər kəsə bəlli oldu ki, meydana yalnız qələbə üçün çıxmışıq. Çox inamlı təsir bağışladıq. Baş məşqçimiz bizdən reaksiya gözləyirdi və ona bu reaksiyanı göstərdik. Çünki ötən tur “Maynts-05”ə qarşı oyunda mövsümdə ən zəif oyunumuzu sərgiləmişdik. O oyundan dərhal sonra belə performans sərgiləmək çox vacib idi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri