Münxendə maşını mitinq iştirakçılarının üzərinə sürdülər 20 nəfər yaralandı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Münxendə avtomobilin xidmət sahəsində çalışan işçilərin birləşmiş həmkarlar ittifaqı təşkilatının (Verdi) üzvlərinin bir qrupunun qatıldığı yürüşün iştirakçılarının üzərinə sürməsi nəticəsində azı 20 nəfər xəsarət alıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır. Onların arasında uşaqlar da var.
Avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəsdən və ya təsadüfən baş verdiyi hələlik məlum deyil.
Verdi həmkarlar ittifaqının nümayəndəsi avtomobilin nümayişçilərin üzərinə sürüldüyünü təsdiqləsə də, hadisənin qəsdən və ya təsadüfən baş verdiyini bilmədiklərini qeyd edib. Nümayiş dərhal dayandırılıb.
Polis hadisə yerini nəzarətə alıb, ətrafdakı bir sıra küçələrdə hərəkət məhdudlaşdırılıb.
Münxenin meri Dieter Rayter hadisədən dərin sarsıntı keçirdiyini bildirib və yaralılara şəfa diləyib. Hadisənin dəqiq səbəbləri və təfərrüatları araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















